• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

De Byazidən mesaj və bayram təbriki

Yığma

6-08-2020, 12:0


“Sizinlə görüşü səbirsizliklə gözləyirəm”
Yığmanın baş məşqçisi Canni De Byazi bu posta təsdiqlənəndən sonra ölkənin əsas komandası ətrafında hərəkətlilik müşahidə olunur. Həmyerlilərindən ibarət köməkçilərini də müəyyənləşdirən italiyalı mütəxəssis yeni işinin başına keçmək üçün səbirsizlənir. Milli komanda ilə bağlı xəbərlərdən də bunu sezmək mümkündü
Futbolçulara müraciət etdi
64 yaşlı mütəxəssis "feysbuk" hesabındakı paylaşımında futbolçularla görüşü səbirsizliklə gözlədiyini bildirib: "Salam, uşaqlar. Artıq Millətlər Liqasının başlamasına 34 gün qalır. Lakin hələ də tanış olmamışıq. Ona görə də sizinlə görüşü səbirsizliklə gözləyirəm. Çünki heyətlə bağlı qərarlar verməliyəm. Bu qərarlar isə sizdən asılıdı: sizin davranışınız, komandaya münasibətiniz, komanda üçün bütün çətinliklərə hazır olmağınız, həmçinin qürurla milli komandanı böyük zirvələrə aparmaq hissi".
De Byazi Qurban bayramı münasibətilə müsəlmanları təbrik edib. Mütəxəssis bununla bağlı “feysbuk” səhifəsində üzərində “Qurban Bayramınız Mübarək" sözləri yazılan foto paylaşıb.
Öncə zarafat bilib
Yığmanın məşqçilər korpusunda yer alacaq daha bir mütəxəssis müəyyənləşib. İtaliya mətbuatında yer alan xəbərə görə, De Byazinin üçüncü həmyerlisi Federiko Turritsiani olacaq. O, qarşılaşmaların təhlili ilə məşğul olacaq. Qalan iki mütəxəssisin adı isə bizə məlum idi. Bunlar “Napoli"nin sabiq futbolçuları Benni Karbone və Klaudio Beluççidi.
Turritsiani bildirib ki, De Byazinin ilk zəngini ciddi qəbul etməyib: “İlk zəngdə zarafat olduğunu düşündüm. Lakin hər şeyin ciddi olduğunu başa düşəndə, böyük həvəslə razılaşdım. İşimə başlamağı gözləməyə səbrim çatmır. Həmişə xüsusi seçim etmişəm ki, bu, xaricdə çox işləməyimi şərtləndirdi”.
“Məni o həvəsləndirir ki, bir az fərqli iş görəcəm”
Yığmanın fiziki hazırlığına Alessandro Skayya cavabdehlik daşıyacaq. O, millimizdə ümumilikdə 5-ci italiyalı olacaq. Bunu Skayya özü açıqlayıb: "O, Karbonenin məsləhəti ilə bunu etdi. Adını çəkdiyim bu məşqçiylə “Ternana” və “Venetsiya”da çalışmışam. Orda Valter Zenqanın baş məşqçiliyi dövründə birgə işləmişik”.
Skayyanın sözlərinə görə, millinin hazırlıq prosesi avqustun 28-də başlayacaq: “Toplanışın startı bu vaxta nəzərdə tutulub. Millətlər Liqasındakı ilk matç sentyabrın 5-də keçiriləcək. Lüksemburqla qarşılaşma bizim üçün debüt olacaq. Buna görə də Azərbaycana bir az tez getmək istəyirik. Amma hələ ki avqustun 5-dək ölkədə koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər var. Yalnız avrokuboklarda oynayan komandalar məşq edir. Söhbət “Qarabağ”, “Neftçi” və başqalarından gedir. Ümumiyyətlə, Azərbaycandakı fəaliyyət mənim üçün yaşamalı olduğum yeni təcrübədi. Özüm üçün kəşf etməli olduğum fərqli mədəniyyət, futbolla məşğuliyyətin fərqli üslubu və məşqçi kimi fərqli iş. Milli komandadakı fiziki hazırlıq üzrə məşqçi razılaşma əsasında öz işini görür. Futbolçular artıq klublarında bu tapşırıqları yerinə yetirirlər. O, hər oyunçu üçün fərqli hazırlıq proqramı tərtib edir. Məni o həvəsləndirir ki, bir az fərqli iş görəcəm. Onların əmək mədəniyyətini, əsasən müsəlman əhalisi olan ölkənin ərzaq sahəsində necə davrandığını öyrənəcəm. Onların öz mətbəxləri var. Aydın məsələdi ki, buna uyğunlaşmalı olacağıq”.
Skayya unudulmaz uğurunu xatırlayıb: “Karyeram ərzində bir çox uğurlardan məmnunluq duymuşam. Hətta İtaliya kubokunun yarımfinalını görmüşəm. Amma “Ternana” ilə xilas olmaq mənim üçün ən böyük qəhrəmanlıq kimi qalır. Bütün ili komandada oldum. Əvvəl Benito Karbone ilə də çalışdım, sonda Fabio Liverani gəldi. Martın 6-da ümidsiz vəziyyətdə idik. Heç kim B seriyasında qalacağımıza inanmazdı. “Askoli”ni udduq, “Karpi” ilə heç-heçə etdik və ardıcıl ev qələbələri. A seriyasına vəsiqə üçün oynayan SPAL-a qalib gəldik. Karyeramda bundan dəyərli xatirə tapmaq mümkün deyil”.
6-cı əcnəbi, 17-ci baş məqşçi
Canni de Byazi millinin tarixinə 6-cı əcnəbi çalışdırıcı kimi düşüb. 1992-ci ildə yaradılan yığmanı italiyalı mütəxəssisə qədər 5 əcnəbi çalışdırıb. İlk əcnəbi baş məşqçi Karlos Alberto Torres olub. Braziliyalı dünya çempionu 2004-05-ci illərdə bu postu tutub və rəsmi oyunlarda qələbəyə həsrət qalaraq 2 xal toplayıb.
2007-ci ili oktyabrından boş qalan vəzifəyə gətirilən makedoniyalı Qyoko Hacievski müvəqqəti rəhbərlik etdiyi yığmada 4 ay keçirib. O, 2008-ci il fevralında millidən ayrılıb və keçirdiyi hər iki rəsmi görüşdə uduzub.
2008-ci ilin aprelində almaniyalı Berti Foqts yığmanın “sükanı arxasına” keçib. Bundestimi Avropa çempionu edən mütəxəssis 6 il 6 ay millidə çalışıb. O, tam 3 seçmə mərhələ keçirərək, uyğun olaraq 5, 7 və 9 xal toplayıb.
Son iki əcnəbi xorvatiyalılar olub. 2014-17-ci illərdə Robert Prosineçki, 2019-da isə Nikola Yurçeviç komandaya rəhbərlik edib. Millimiz ən çox xalı da məhz Prosineçkiylə toplayıb - 10. Yurçeviç isə son mərhələdə 1 xalla kifayətlənib.
De Byazi millinin tarixinə ümumilikdə 17-ci baş məşqçi kimi düşüb. İndiyədək milimiz 16 çalışdırıcının rəhbərliyi altında meydana çıxıb. Bunlardan Nazim Süleymanovla Mahmud Qurbanov hərəyə 1 oyunla baş məşqçi əvəzi olublar. Yerli baş məşqçilərdən ən yaxşı nəticəyə isə Qurban Qurbanov 2018-ci ildə UEFA Millətlər Liqasında imza atıb - 9 xal, qrupda 2-ci yer.
Millinin baş məşqçiləri arasında ilk italiyalı olan De Byazinin müqaviləsinin müddəti Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.
“Albaniyanı AÇ-yə çıxardı, Azərbaycan da buna ümid edir”
İtaliyanın "Goal" nəşri Canni De Byazinin millimizin baş məşqçisi təyin edilməsi ilə bağlı yazı dərc edib. 64 yaşlı mütəxəssisin yığmanı Avropa çempionatının final mərhələsinə çıxarmağa çalışacağı qeyd olunub: "Albaniya millisinin sabiq çalışdırıcısı yeni komanda qurmaq üçün iki il müddətində Azərbaycan millisinə rəhbərlik edəcək. De Byazi üçün yeni bir macəradı. O, milli komandanı növbəti Avropa çempionatının final mərhələsinə çıxarmağa çalışacaq və avqustun 10-da Bakıya yollanaraq yeni işinə başlayacaq. Millətlər Liqası və dünya çempionatının seçmə mərhələsində əhəmiyyətli bir uğur baş verəcəyi təqdirdə 2 illik müqavilə uzadılacaq, növbəti Avropa çempionatı üçün hazırlıq görüləcək. De Byazi Albaniyanı AÇ-yə çıxardı, Azərbaycan da buna ümid edir”.
İtaliyalı həmkarlarımızın fikrincə, 2017-ci ildə "Alaves"dən ayrılandan sonra De Byazi televiziyada şərhçi və ekspert rolunu oynayaraq, futbolda yeni çağırış gözləyirdi: "İndi yeni bir dəvət var və bu, Albaniya ilə müqayisədə daha böyük imkanlara sahib olan Azərbaycandı. Sentyabrda italiyalının ilk sınağı olacaq və Azərbaycan Lüksemburqla qarşılaşacaq, sonra eyni ayda Kiprlə qarşılaşma baş tutacaq".
La Liqadan təbrik
Bu arada İspaniya La Liqasının "feysbuk" səhifəsi De Byaziyə işində uğurlar arzulayıb. Paylaşılan postda bunlar qeyd olunub: "La Liqa komandalarının keçmiş baş məşqçisi Canni De Byazini Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edirik. Təbriklər, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası!"
Xatırladaq ki, De Byazi İspaniyada "Levante" ilə "Alaves"i çalışdırıb.

Oxunub: 1 467
Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

3-09-2021, 20:0

"Əlimizdən gələni edəcəyik ki, Azərbaycanın bayrağını zirvələrə qaldıraq” - Canni De Byazi

Ölkə futbolu / Manşet

24-07-2021, 13:0

De Byazi İtaliyada dincəlir

Yığma

16-02-2022, 10:0

"Qarabağ"ı "Marsel"ə qarşı ev oyununda 30-40 min azarkeş dəstəkləyəcək" - Canni De Byazi

İdman

26-04-2022, 17:0

De Byazidən xəbər var - ÖZƏL AÇIQLAMA

Premyer-liqa

11-05-2022, 10:0

FIFA "Qarabağ"ı təbrik etdi

Dünya futbolu

23-05-2022, 22:0

"Milan"ın çempionluğu Piolinin şəxsi qisası idi" - De Byazi

Aktual
“Rəqibə hörmətsizlik kimi çıxmasın, amma...”
"Səbail" stadionu almaq istədi, AFFA razılaşmadı - ÖZƏL
Şərur klubunun çıxışı Naxçıvanda necə qarşılanıb? - AÇIQLAMA
Bakıda taekvondo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
Region Liqası təmsilçisi Türkiyəyə gedəcək - AÇIQLAMA
İlham Əliyev Dünya Taekvondo Federasiyasının prezidentini qəbul edib
Son xəbərlər
  • Dünən, 23:55
    “Liverpul”da yeni müqavilə
  • Dünən, 23:21
    Emreli oynadı, komandası uduzdu
  • Dünən, 22:59
    “Qalatasaray” Türkiyə çempionudu!
  • Dünən, 22:21
    İkardi tarixə düşdü
  • Dünən, 21:51
    Basketbol Liqasında çempion bəlli oldu
  • Dünən, 21:21
    “Əziz Şuşa” beynəlxalq velosiped yarışının iştirakçıları müəyyənləşdi
  • Dünən, 20:51
    Milli komandanın üzvü Fransa və Rusiya klublarından təklif alıb – AÇIQLAMA
  • Dünən, 20:30
    Ançelotti rəhbərlikdən kimlərin transferini istəyib?
  • Dünən, 20:15
    Qvardiola Neymara niyə zəng edib?
  • Dünən, 19:51
    “Şamaxı” ilə “Zirə” niyə hədəfə çatmadı? – AÇIQLAMA
  • Dünən, 19:30
    Redon Cica Qurban Qurbanovun qərarını gözləyir - MÜSAHİBƏ
  • Dünən, 19:10
    İlham Yadullayev Özbəkistana 0:3 və 0:5 hesablı məğlubiyyətlərin səbəbini açıqladı
  • Dünən, 18:51
    ''Hamburq''lıların sevinci əbəs imiş
  • Dünən, 18:21
    Ardaya görə 20 milyonluq 2 təklif
  • Dünən, 17:59
    “Azərlotereya”nın bir qrup əməkdaşı “Heydər Zirvəsi”nə yürüş edib - VİDEO
  • Dünən, 17:50
    Messi İngiltərədə oynaya bilər
  • Dünən, 17:29
    2022/2023 futbol mövsümünün ən yaxşıları mükafatlandırılıb
  • Dünən, 17:20
    Əliyar Ağayevin hərəkəti Barış Şimşəyin xoşuna gəlməyib – ÖZƏL
  • Dünən, 17:00
    Qubada Akif Əliyevin yubileyi qeyd olundu
  • Dünən, 16:58
    “Qarabağ”ın 4 bilinməzi: kimlər hara gedir?
  • Dünən, 16:27
    “Milan”ın ilk transferi olacaq
  • Dünən, 15:56
    “Real” ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Elvin Cəfərquliyev: “Azarkeşlərin narazılıq etməyə haqqı var” - MÜSAHİBƏ
  • Dünən, 15:14
    "İmarət Tayfa" “Azərsun Arena”dakı hərəkətinə aydınlıq gətirdi
  • Dünən, 14:53
    “Qarabağ zonasından olan komandalara azarkeşlik edirəm”
  • Dünən, 14:32
    Okan Buruk 30 ildən sonra yenə Ankarada çempion ola bilər
  • Dünən, 13:51
    “Rəqibə hörmətsizlik kimi çıxmasın, amma...”
  • Dünən, 13:30
    "Səbail" stadionu almaq istədi, AFFA razılaşmadı - ÖZƏL
  • Dünən, 13:09
    Mahirin komandası Sivas səfərində
  • Dünən, 12:58
    Daha iki taekvondoçumuz Bakıdakı dünya çempionatında mübarizəni dayandırıb
  • Dünən, 12:37
    MY-də hamını arxada qoydu
  • Dünən, 12:16
    MGİMO tələbələrinin Bakıda səyyar modulu davam edir - FOTOLAR
  • Dünən, 11:55
    “Neftçi”yə 19, “Sabah” və “Qəbələ”yə 23 potensial rəqib - Konfrans Liqası
  • Dünən, 11:34
    “Qarabağ”ın ÇL-nın təsnifat mərhələlərindəki növbəti potensial rəqibləri
  • Dünən, 11:13
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
Daha çox
Oxunub: 3 807
Fransalı futbolçu "Qarabağ"da - RƏSMİ
Oxunub: 2 293
“Mxitaryanın soyadı yazılan formanı erməni kəşfiyyat orqanlarından yox, “Memi”dən əldə etmişəm” - Azərbaycanın ittiham etdiyi müəllim “Futbol+”ə danışdı
Oxunub: 1 649
Türkiyə klubu “Neftçi”nin işini çətinləşdirdi
Oxunub: 998
MOİK futbolçuları hansı oyunu qumara qoyub?
Oxunub: 834
Başı toy tədarükünə qarışan baş məşqçini yeni mövsümdə nə gözləyir?
Oxunub: 751
"Turan Tovuz"un bombardiri təklifləri dəyərləndirəcək - AÇIQLAMA
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə