Avqustun 2-də Azərbaycanda Kino Günü qeyd olundu. 1898-ci ilin bu günündə fotoqraf Aleksandr Mişon lentə aldığı "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal sənədli və "İlişdin" adlı bədii süjetlərin müstəqil nümayişini təşkil edib. Həmin gün Azərbaycan milli kinosunun yaranma günü sayılır.
"Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda neft fontanı" 2001-ci ildə Azərbaycan Dövlət Film fondunun təşəbbüsü ilə Fransanın kino arxivindən Azərbaycana göndərilib, hazırda 35 mm-lik plyonkada və videokasetdə qorunub saxlanılır. 2001-ci ildən avqustun 2-si ölkəmizdə kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Əlamətdar gün olduğunu nəzərə alıb, qəzetimizin “feysbuk” səhifəsində sorğu keçirdik. Sualımız çox sadə idi: Azərbaycan futbolu ilə bağlı film çəkilsə, adı nə olar? Maraqlı cavabları nəzərinizə çatdırırıq:
Mahir Quliyev: “8 oğul istərəm!” (Məhəllə çempionatı)
İlqar Ocaqov: “Arxadan vurulan zərbə”
Vüsal Qəmbərov: “Ürək ağrısı”
Orxan Abdullayev: “7 olmasın, 8 olsun”
Nizami Hüseynov: “Ölülər”
Samir Əsədov: “Futbolun son gecəsi”
İsmayıl Hüseynzadə: “Niyə də yox?” deyə-deyə qaldıq”
Elşən Eldaroğlu: “O topun dalınca baxma!”
Əziz Orucov: “Çaqqallarla rəqs”
Emil İsmayıl: “Top hardadı?”
Cənab Musayev: “Danabaş kəndinin komandası”
İlkin Quliyev: “Taxt-tac oyunları”
Müşfiq Məmmədov: “Qapıçı aparmamışdız?”
Taleh Əzim: “Başı var, amma oxumur”
Heydər Əliyev: “Hər oyuna 3 xal üçün çıxırıq”
Ayaz Qafarov: “Bizim Ramin müəllim”
Heydər Rəsulzadə: “Bir AFFA-nın sirri”
Vasif Bağırov: “Oser faciəsi”
Etibar Qarayev: “Futbolun bitdiyi ölkə”
Bəhram Bəhramzadə: “Bir addım irəli, iki addım geri”
Talıb Zadə: “Avtoqol”