Sizin reklam burada

Rəşad Sadıqov Hacıağanı “Qarabağ”dan “qopardı”

Baxış Sayı:735


“Zirə”nin yeni prezidenti Taleh Nəsibov oldu
Rəşad Sadıqovun gəlişindən sonra əsas məqsəd komandanın gücləndirilməsidi. Bu yöndə işlər görülür, gələcək adına addımlar atılır. Legioner məsələsi zamanla həllini tapmaqdadı. Gənc mütəxəssis diqqət mərkəzində saxladığı əcnəbilərin “Zirə”yə cəlb olunmasını istəyir. Klesio Bauk və Lazar Corceviç kimi legionerlələ müqavilə bağlayan “qartallar” daha bir neçə əcnəbinin keçidini həll etmək üzrədi.
Buna qədər isə daxili bazardakı işləri tamamlamaq lazımdı. 7 yerli ilə güclənən “Zirə” daha bir azərbaycanlını heyətinə qatıb. Qəsəbə təmsilçisi Hacıağa Hacılı ilə güclənib. Daha doğrusu, “Qarabağ”dan icarəyə götürülüb. “Qəbələ” Futbol Akademiyasının yetirməsi gələn ilin yayına qədər “Zirə”yə kömək edəcək. Yeri gəlmişkən, Hacılı Rəşad Sadıqovun U-21-ə rəhbərlik etdiyi dövrdə komandanın aparıcı simalarından olub və kapitan sarğısını daşıyıb. Yəni baş məşqçi dayaq yarımmüdafiəçisini kifayət qədər yaxından tanıyır.
Dünən “Zirə”nin yeni prezidenti məlum olub. Taleh Nəsibov klubun başqanı təyin edilib. Nəsibovun baş direktoru olduğu “Azfar Group” şirkəti həm “Zirə”nin, həm də Azərbaycan Mini Futbol Federasiyasının təsisçisidi.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR