Sizin reklam burada

Vüqar dubl etdi, Nicat zədələndi

Baxış Sayı:764


Latviyanın 1-ci liqasında 5-ci turun oyunları keçirilib. Vüqar Əsgərovun formasını geydiyi “Super Nova” səfərdə “Saldus”a 6:1 hesabıyla qalib gəlib. Vüqar qarşılaşmanı əvəzlənmədən keçirib. 72-ci dəqiqədə fərqlənən forvard 90+1-də penalti zərbəsini də dəqiq yerinə yetirməklə “Super Nova”da bu mövsüm vurduğu qolların sayını 3-ə çatdırıb. “Super Nova” 10 xalla 9 komanda arasında ikincidi. Estoniya çemponatında 15-ci turun oyunları keçirilib. Nurlan Novruzovlu “Narva Trans” səfərdə “Kuressaare”ni üstələyib - 1:0. Novruzov 37-ci dəqiqədə oyuna qoşulub. “Narva Trans” 10 komandalı çempionatda 16 xalla 7-ci pillədə qərarlaşıb.
Fərid Nəbiyevin çıxış etdiyi Çexiya "Viktoriya"sı yeni mövsümdə ilk yoldaşlıq görüşünü keçirib. Birinci liqada mübarizə aparan Jijkov təmsilçisi evdə "Yablonets"ə 3:1 hesabı ilə qalib gəlib. Fərid ikinci hissədə meydana çıxaraq məhsuldar ötürmə ilə yadda qalıb.
ABŞ-ın birinci liqasında (USL) 5-ci turun oyunları keçirilib. Rüfət Dadaşovun formasını geydiyi "Finiks Rayzinq" "El Paso"nu qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib. Start heyətində meydana çıxan Rüfət 82-ci dəqiqədə əvəzlənib. O, 19-cu dəqiqədə penaltidən hesabı açıb. Bu, futbolçumuzun cari mövsümdə 4-cü qolu olub. "Finiks Rayzinq" 10 xalla B qrupunda ikincidi.
Moldova çempionatında 7-ci turun oyunları çərçivəsində Dmitri Nağıyevli “Dinamo-Avto” doğma meydanda “Zimbru” ilə heç-heçə edib - 1:1. Gənclər millimizin sabiq müdafiəçisi də oyunu əvəzlənmədən keçirib. 10 xala malik “Dinamo-Avto” 10 komanda arasında beşincidi. Amit Quluzadənin “Milsami”si isə doğma meydanda “Kodru Lozova” ilə qarşılaşıb. Həmyerlimizin komandası bu oyundan qələbə ilə ayrılıb (3:1). Amit start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. 11 xalı olan “Milsami” 4-cü pillədə qərarlaşıb.
Gürcüstan çempionatında 8-ci turun oyunları çərçivəsində Nicat Qurbanovun şərəfini qoruduğu “Samtredia” səfərdə Batumi “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2. Start heyətində meydana çıxan Nicat 10-cu dəqiqədə zədələnərək əvəzlənib. Hesabında 8 xal olan “Samtrediya” 10 komanda arasında 8-ci yerdədi.
Kamal Mirzəyevin çıxış etdiyi Küveytin "Əl-Salmiyə" klubu yoxlama matçı keçirib. "Küveyt"lə qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. Start heyətində meydana çıxan həmyerlimiz 75-ci dəqiqədə əvəzlənib. 25 yaşlı yarımmüdafiəçi məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR