Sizin reklam burada

Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi

Baxış Sayı:632

Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi
“Ötən mövsüm aldığım maaşdan daha az təklif etdilər”
Tarixində ilk dəfə Avropa Liqasında çıxış edəcək "Sumqayıt"ın heyətində problemlər yaşanır. Klub əsas üzvlərindən Əmir Ağayev və Peyman Babayi ilə hələ ki razılaşa bilmir. Aleksey İsayev isə "Sabah"a transfer olunub. Maliyyə problemi yaşayan “kimyaçılar” Peyman Babayi ilə Əmir Ağayevi yenidən komandaya qaytarmaq niyyətindədi. Məsələ ilə bağlı Əmirlə əlaqə saxladıq. İsrailli futbolçu qəzetimizə açıqlamasında maaş məsələsində ortaq məxrəcə gələ bilmədiklərini söylədi: “Hazırda ölkəmdəyəm. Bu məsələ ilə bağlı çox danışmaq istəmirəm. “Sumqayıt” geri dönməyimi istəyir, amma təklif etdikləri pul məni razı salmır. Məbləğlə bağlı heç nə deyə bilmərəm. Amma ötən mövsüm aldığım maaşdan daha az təklif etdilər. Mən də bununla razılaşmıram. Hazırda heç bir klub mənimlə maraqlanmır. Hansısa komandanın yaxşı təklif etməsini gözləyirəm. “Sumqayıt” təklifi dəyişməsə, geri dönməyəcəm”.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR