Sizin reklam burada

UEFA klublarımızı xəbərdar edib

Baxış Sayı:693

UEFA klublarımızı xəbərdar edib
Ölkəmizi avrokuboklarda təmsil edəcək klublardan heç birinin nümayəndəsi Nyonda keçiriləcək püşkatma mərasiminə qatılmayacaq. Klublardan qəzetimizə verilən məlumata görə, buna səbəb dünyada hökm sürən koronavirus pandemiyasıdı. UEFA yoluxma halının baş verməməsi üçün avrokubokların püşkatma mərasimini onlayn formatda keçirəcək. Bu haqda məlumat qurum tərəfindən klublara rəsmi şəkildə göndərilib.
Xatırladaq ki, Çempionlar Liqasında “Qarabağ”, Avropa Liqasında “Neftçi”, “Keşlə” və “Sumqayıt” çıxış edəcək. ÇL-də ilkin və 1-ci təsnifat mərhələsinin püşkü avqustun 9-da, AL-də 1-ci təsnifat mərhələsinin püşkü isə avqustun 10-da atılacaq.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR