Sizin reklam burada

“Neftçi”nin Türkiyəyə səfəri gözlənilir

Baxış Sayı:568


Premyer-liqanın vitse-çempionu "Neftçi" Qəbələdə təlim-məşq toplanışını davam etdirir. "Ağ-qaralar"ın bölgə səfərindən sonra Avropa Liqasında daha yaxşı çıxış etmək üçün Türkiyəyə yollanacağı bildirilir.
Məsələni dəqiqləşdirmək üçün klubun Media-marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq: "Hələ heç nə bilinmir. İndiki vəziyyətdə getmirik. Təbii ki, əsas səbəb ölkədə koronavirus pandemiyasına görə karantin müddətinin davam etməsi, hələ də təhlükənin olmasıdı. Ona görə də avqustun 5-dən sonra nə qərar veriləcəksə, biz də ona uyğun plan quracağıq. Hazırda məlum olan odu ki, "Neftçi" avqustun 5-nə qədər Qəbələdə hazırlığı davam etdirəcək".
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR