Bakılıların Qəbələdəki rəqibləri məlumdu
Ötən mövsüm “Keşlə”nin bürünc medallara sahib olmasında böyük əmək sərf edən Sezar Mez Kollinin ölkəmizdəki taleyi qeyri-müəyyən qalmaqdadı. Klub rəsmiləri hər nə qədər paraqvaylının qısa müddətdə geri dönəcəyini desələr də, futbolçunun hələ də vətənində olması və müqavilə ilə məxsus olduğu “Universitatya” ilə məsələni həll etməməsi adamda başqa fikirlər yaradır.
İş burasındadı ki, bu ayın ortalarında Paraqvaya yola düşən Sezar ora çatan kimi karantinə alınıb. Və yalnız dünən - ikihəftəlik müddət başa çatandan sonra evə buraxılıb. Adam burdan ora o boyda yol qət edibsə, ailəsi və yaxınları ilə azı 10 gün keçirməlidi. Bu hələ minimumudu. Ardınca Rumıniyaya yollanmalıdı ki, klubu ilə məsələni yoluna qoysun. Ya növbəti dəfə “Keşlə”yə icarəyə verilməlidi, ya da rumınlarla danışıb azad agent statusuna sahib olmalıdı. İstirahətin və Rumıniyada görməli olduğu işlərin 10-15 gün vaxt alacağını nəzərə alsaq, “10 nömrə”nin avqustun ikinci ongünlüyündə Bakıya gələcəyini təxmin etmək asandı. Belədə iki həftə məşq etməklə Avroliqa qarşılaşmasına çıxması mümkünsüz görünür. Qısası, bu gedişlə Sezar Meza Kollinin avrokuboklarda “Keşlə”yə kömək edəcəyi real bir şeyə oxşamır. Vay o günə ki, rumınlarla işi həll olunmasın. Bax, onda Tərlan Əhmədovun başına qaynar qazandan su töküləcək.
Yeri gəlmişkən, “qırmızılar”ın iyulun 27-dən Qəbələdə olduğunu bilirsiz. Hazırlıq dönəmində “Qarabağ”la qarşılaşan (1:3) bakılılar daha üç görüşü Qəbələdə keçirmək niyyətindədi. Artıq tarixlər və rəqiblər də bəllidi. Avqustun ilk günündə “Zirə” ilə oyun var, ayın 3-də rəqib “Səbail”di. Nəhayət, sonuncu sınaq matçı yenə “Qarabağ”a qarşı olacaq. Bu dəfə avqustun 5-də.
HƏBİB

Son xəbərlər

Braziliyalı müdafiəçi Azərbaycan premyer-liqasında çıxış edə bilər - İDDİA

"Xarakter göstərdik"

Muravski: "Bizim üçün vacib olan kritik anda ayağa qalxmaq və hücum etmək idi"

"Neftçi" Boluda ilk matçına çıxır - YENİLƏNİR

"Qarabağ"ın məğlub olduğu oyun - VİDEO

Elmar Baxşıyev: "Qəbələ" təkcə Ruan və İsniklə qurulmayıb"

"Qələbə bizimdisə, deməli daha yaxşı olmuşuq" - "Lex"in baş məşqçisi

"Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil" - Qurban Qurbanov

"Qarabağ" məğlub oldu - YENİLƏNİB

“Everton” ona görə pul ödəmədi

İngiltərə klubunda rekord transfer

Salah “Liverpul”un yeni rekordçusudu

Şamil Quliyev: “Ora yeni asfalt da çəkildi, işıq sistemi də yeniləndi” - AÇIQLAMA

Zidan Türkiyədə saç əkdirib?

Rauf Əliyev “Şamaxı”da oynayacaq

“Real” oyunçusunu İtaliyaya təmənnasız göndərəcək

Popoviç “Sumqayıt”a nə verdi? - KÖŞƏ

Qartallar PSJ-nin nəyinə lazımdı?

Rüstəm Əfsərli: "Hər üç klubumuzun oyunlarının yayınlanması ilə bağlı işlər görürük" - AÇIQLAMA

İngiltərə çempionundan daha bir transfer

"Qəbələ" superliqa klubu ilə bacarmadı

Polşa mətbuatı “Lex”in heyətini açıqladı

Daha bir kanal Çempionlar Liqasının matçlarını yayınlayacaq

Nərgiz Qurbanova “Lex” – “Qarabağ” matçını izləyəcək? - AÇIQLAMA

Blatter: “İnfantino yalnız məni deyil, həm də mənim FİFA üçün gördüyüm işləri məhv etmək istəyir”

Fərid Nəbiyev "Kəpəz"lə müqavilə bağlayıb? - Meneceri açıqladı

“Barselona” oyunçusuna 1 milyard avro qiymət qoydu

Ramiz Məmmədov “Qarabağ”la bağlı narahatdı - AÇIQLAMA

Yunis Hüseynov: “Qorxmaq lazım deyil"

"Qəbələ" israilli futbolçunu transfer etdi

"Qarabağ" onu "Zirə"yə verdi

Rizvan Fərzəliyevin “Araz-Naxçıvan”da qalmasına mane olan səbəblər - AÇIQLAMA

Poçettino istefaya göndərildi

"Səbail"in rəqibləri müəyyənləşdi

İcra başçısı “Kəpəz”in rəhbərliyi ilə görüşdü - FOTOLAR

Millinin qapıçısı karyerasını bu klubda davam etdirəcək – AÇIQLAMA

Stolüstü tennisçilər Avropa çempionatına yollandılar

Zeynal Zeynalov kimdən narazı qalıb? – AÇIQLAMA

İki futbolçu "Lex"i tərk edir

"Qəbələ" ilk yoxlama oyununu bu gün keçirəcək

“Qarabağ” Poznanda dəstəksiz qalmayacaq

AFFA Gəncə üçün tender elan etdi

“Qarabağ”ın futbolçusuna görə FİFA-dan vaxt istədilər - AÇIQLAMA

İki futbolçu “Barselona”ya qoşuldu

“Sumqayıt” onu geri göndərdi

Bütün xəbərlər