Sizin reklam burada

Sadıqov üçün serb müdafiəçi

Baxış Sayı:374


“Zirə” dünən yeni futbolçu ilə müqavilə bağlayıb. Qəsəbə təmsilçisi Lazar Corceviçi heyətinə qatıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 28 yaşlı serbiyalı mərkəz müdafiəçisiylə ikiillik müqavilə bağlanıb. Lazar Qəbələdə Rəşad Sadıqovun rəhbərliyi altında hazırlıq keçən komandaya bu gün qoşulacaq.
Qeyd edək ki, Corceviç daha əvvəl ölkəsinin “Palilulaç”, “Voyvodina”, “Radinçki”, Şimali Makedoniyanın “Sileks”, Slovakiyanın “Koşitse”, “Jeleziarne Podbrezova” və Çexiyanın “Karvina” klublarının şərəfini qoruyub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR