Sizin reklam burada

31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli

Title

Matiç “Qarabağ”a qoşuldu
İyulun 14-də Qəbələyə yollanan və hələ də adı çəkilən bölgədə hazırlıq keçən “Qarabağ”da əhval-ruhiyyə qaydasındadı. Hər halda, adı baş məşqçi Qurban Qurbanovun transfer siyahısında olan futbolçular bir-bir komandaya qoşulub, hazırlıqda iştirak edir. 10 gün əvvəl Kevin Medina Bakıya təşrif buyurub Qəbələyə yollanmışdısa, Uroş Matiç də eyni marşrutla toplanışa qatıldı. Bəli, “Qarabağ”ın yeni və hələ ki sonuncu transferi olan serb yarımmüdafiəçi artıq Qəbələdədi.
Qurbanovun bu günə olan əsas hədəfi yeni transferlərin komandaya qısa müddətdə uyğunlaşmasına nail olmaqdı. Bunun üçün isə ən vacib üsul yoldaşlıq görüşlərinin təşkilidi. İyulun 18-də “Keşlə” ilə oynayan və 3:1 hesablı qələbə sevinən “köhlən atlar” ayın 25-də “Sabah”a uduzmuşdu – 1:2. “Qarabağ”ın növbəti oyunu isə daha səs-küylü olacaq. Hər halda, rəqibin əzəli rəqib, həm də otel yoldaşı “Neftçi” olması belə düşünməyə əsas verir. Avrokuboklardakı əsas ümidimiz olan bu iki komandanın qarşılaşmasını izləməyə dəyər. Matçın 19.00-da başlaması nəzərdə tutulub.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.