Sizin reklam burada

“Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi

Baxış Sayı:356


"Neftçi” Namiq Ələsgərovla müqaviləni yeniləyib. Millimizin də üzvü olan 25 yaşlı yarımmüdafiəçi ilə növbəti mövsümün sonunda bitməli olan anlaşma daha 1 illiyə uzadılıb. "Neftçi”də keçirdiyi 4 mövsüm ərzində 94 oyunda meydana çıxan Namiq 13 qol vurub.
Yeri gəlmişkən, “Neftçi” azarkeşlərinə müraciət ünvanlayıb. Dünən yayılan müraciəti diqqətinizə çatdırırıq: “Əziz “Neftçi” azarkeşləri! Bildiyiniz kimi, ölkədə ilk klub televiziyası “Neftçi TV” artıq fəaliyyətə başlayıb. Çalışırıq ki, sizə gün ərzində komandamız haqda dolğun, düzgün xəbərlər çatdıraq, tariximizlə bağlı geniş məlumat verək, maraqlı proqramlar hazırlayaq. Gün keçdikcə daha çox yeni verilişlərlə qarşınıza gələcəyik. Sizin dəstəyinizə ehtiyacımız var. Hesab edirik ki, hazırda “Neftçi” azarkeşlərindən ən azı 100 minə yaxını “yutub” istifadəçisidi. Kanalın abunəçi sayı isə 21700 nəfərə yaxındı. Buna görə də abunəçi sayının çox az olduğunu hesab edirik və bu postu görən hər birinizdən dəstək gözləyirik. Bunu paylaşın və hər kəsi “Neftçi TV”yə abunə olmağa səsləyin. Hədəf 100 min abunəçidi!”

Oxşar xəbərlər
SON XƏBƏRLƏR