Sizin reklam burada

“Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək

Title
“Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək
Avqustda növbəti avrokubok mövsümündə debüt edəcək təmsilçilərimizin evdə, yoxsa səfərdə oynayacağı bilinmir. Təqvimin sıxlığına görə cütlərin taleyi bir qarşılaşmadan ibarət olacaq deyə, ev-səfər məsələsinə püşkatmadan sonra aydınlıq gələcək.
Komandalarımız rəqiblərini “doğma divarlar” arasında qəbul edəcəyi halda, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda oynayacaq. Ağdamlılar ehtiyat stadion kimi “Dalğa Arena”nı göstərib. “Neftçi”nin özünə doğma olan “Bakcell Arena”nın xidmətindən yararlanacağı dəqiqdi. “Sumqayıt” isə “Kapital Bank Arena” ilə “Dalğa Arena”nı göstərib.
Sual doğuran məqam “Keşlə”nin harda oynayacağıdı. “ASK Arena”nın örtüyü dəyişdirildiyindən və həmin vaxtdan sonra qazon UEFA rəsmiləri tərəfindən təftiş olunmadığından adı çəkilən stadionu sifariş etmək müşkülə çevrilib. Ona görə də klub rəsmiləri çətinliklə üzləşmişdi. Əldə etdiyimiz son məlumata görə, UEFA ilə yazışmalar müsbət nəticə verməkdədi. Və çox güman, bu məsələdə Avropanın ali futbol qurumu “Keşlə”nin qarşısında yaşıl işıq yandıracaq.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.