Sizin reklam burada

U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi

Baxış Sayı:680


Vüqar Əsgərli: “Azərbaycan qadın futbolu yaxşı insanı və futbolçunu itirdi”
Qızlardan ibarət yığmanın üzvü Nino Qurqenidze uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 2019-cu ilin yanvarından “xərçəng”dən əziyyət çəkən 20 yaşlı oyunçu iyulun 25-də vəfat edib.
AFFA-dakı mənbədən “Futbol+”ə verilən məlumata görə, gürcü əsilli futbolçu ötən ilin sentyabrında Türkiyədə əməliyyat olunub. Daha sonra Nino müalicəsini doğma vətəni Gürcüstanda davam etdirib. 2020-ci ilin fevralında AFFA tərəfindən futbolçuya birdəfəlik maddi yardım edilib. Yetirməsi ilə bağlı fikirlərini öyrənmək üçün 19 yaşadək qızlardan ibarət yığmanın baş məşqçisi Vüqar Əsgərli əlaqə saxladıq. Gənc mütəxəssis Nino Qurqenidzenin komanda yoldaşlarına örnək olduğunu söylədi: “Nino təbiətcə çox sakit qız idi. Komandada nizam-intizamla bağlı başqa futbolçulara örnək olurdu. İdmançı olmasına baxmayaraq, Allah qadın gözəlliyini də ondan əsirgəməmişdi. Çox gözəl qız idi. Meydanda yorulmayan, xarakter göstərən idmançı idi. Potensialı gələcək üçün çox ümidverici idi. Millimizin əsas oyunçularından biri ola biləcək səviyyədə idi”.
Əsgərli gürcü əsilli futbolçunun Azərbaycana və milli komandaya dəyər verdiyini qeyd etdi: “Ölümündən üç gün əvvəl yaxınları ilə danışmışdım. Ninonun vəziyyətinin yaxşı olmadığını dedilər. Üç gün sonra ölüm xəbərini aldıq. Ninonun heç vaxt nə mənimlə, nə də komanda ilə bağlı problemi olub. Əksinə, münasibətlərimiz ən yüksək səviyyədə idi. Həmişə Azərbaycan və milli komanda dəyərlərini yüksək tutan futbolçu idi. Həm meydanda, həm də kənarda Azərbaycan adına ancaq xoş olan hərəkətləri ilə yadda qalıb. Azərbaycan qadın futbolu yaxşı insanı və futbolçunu itirdi. Allah rəhmət eləsin”.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR