…və legionerlərin yolunu gözləyir
İyulun 14-də Avroliqa və növbəti mövsümə hazırlıq məqsədi ilə Şamaxıya yollanan “Keşlə” artıq Bakıdadı. “Qırmızılar” dünən keçirdiyi ikitərəfli oyundan sonra axşam saatlarında paytaxta qayıdıb. Baş məşqçi Tərlan Əhmədov sərəncamında olanlara ikigünlük istirahət imkanı yaradıb. Yəni bu gün və sabah dincələcək oyunçular iyulun 27-si səhər Qəbələyə yollanacaq.
Bakılılar hazırlığın ikinci mərhələsi çərçivəsində10 gün Qəbələdə məskunlaşmaq niyyətindədi ki, avqustun 3-ü və 5-nə iki yoldaşlıq oyunu nəzərdə tutulub.
Heyətini yalnız yerli futbolçularla gücləndirib, Sezar Meza Kollinin yolunu gözləyən ötən mövsümün bürünc mükafatçısı bir neçə legionerlə danışıq aparır. Əldə etdiyimiz bilgiyə görə, iki əcnəbi ilə ortaq məxrəcə gəlinib. Legionerlərin bu ayın sonuna qədər Bakıya təşrif buyurub müqaviləyə imza atacağı gözlənilir. Planda dəyişiklik olmasa, hər iki futbolçu komandanın Qəbələ toplanışına qatılacaq.
HƏBİB