Sizin reklam burada

“Səbail” Əmirquliyevi saxladı

Title

“Səbail” daha bir futbolçunu komandada saxlamağa qərar verib. Paytaxt təmsilçisinin kapitanı Rahid Əmirquliyev klubla yeni - birillik müqavilə bağlayıb. Bu məlumatı “dənizçilər”in mətbuat xidməti yayıb. “Səbail”də daha öncə Orxan Qurbanlı, Bahadur Həziyev, Adil Nağıyev, Peyman Keşavarz, Elçin Rəhimli, Rauf Əliyev, Mabidi Çikito Lema, Elxan Əhmədov və Kamal Bayramovla da müqavilənin müddəti uzadılıb.
Dörd gündü Qəbələdə təlim-məşq toplanışında olan "Səbai"in iki sınaqçı-rəqibinin adına aydınlıq gəlib. Aftandil Hacıyevin komandası iyulun 31-də "Qəbələ", avqustun 3-də "Keşlə" ilə qarşılaşacaq. Hər iki görüş Qəbələ şəhər stadionunda baş tutacaq. Komanda daha bir oyun keçirməyi planlaşdırıb ki, tarix və rəqibin adı hələ bilinmir.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.