Futbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının üzvlərindən biri dünyasını dəyişib.
Futbol+ xəbər verir ki, U-19 yığmamızın sabiq futbolçusu Nino Gurgenidze vəfat edib.
20 yaşlı hücumçu xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Gürcü əsilli futbolçu bu səbəbdən karyerasını bitirmişdi. Nino Gurgenidze dünən gecə saatlarında dünyasını dəyişib.
Allah rəhmət eləsin!