"Məsuliyyətli işin altına girdiyimi anlayıram”
"Zirə" daha üç futbolçusu ilə vidalaşıb. Qəsəbə təmsilçisi qanalı hücumçu Riçard Qadze, bostvanalı yarımmüdafiəçi Mfo Kqasvane və müdafiəçi Bəxtiyar Həsənalızadə ilə yolları ayırdığını açıqlayıb. Buna qədər isə Cavid Hüseynov, Tellur Mütəllimov, Orxan Sadıqlı, Yovan Krneta, Miloş Bakraç, Boyan Zoqoviç, Şafik Tiqruca, Adrian Skarlatake və Nicat Süleymanov klubdan ayrılmışdı.
Dünən həm də Ruslan Qurbanovun karyerasını “Zirə”də davam etdirəcəyi məlum oldu. "Keşlə"dən ayrılan 29 yaşlı hücumameyilli futbolçu ilə “1+1 il” şərtiylə müqavilə bağlanıb.
“Zirə”nin yeni baş məşqçisinin adı da məlum olub. Gözlənildiyi kimi, Rəşad Sadıqov komandanın “sükanı arxasına” keçib. Gənc mütəxəssislə 3 illik müqavilə bağlanıb. PRO kateqoriyasına malik 38 yaşlı Sadıqov ötən ay futbolçu karyerasını bitirib.
“Zirə”nin fəxri prezidenti Orxan Məmmədov təyinatla bağlı açıqlama verib. Klubun sahibi mətbuat xidmətinə açıqlamasında geniş və ətraflı müzakirələrdən sonra razılıq əldə etdiklərini söyləyib: “Onun bizimlə çalışmağa razılıq verməsinə görə çox şadam. Futbolçu karyerasını yeni bitirsə də, baş məşqçi kimi təcrübəsi hamıya məlumdu. “Qarabağ”ın gənclərdən ibarət komandası ilə yanaşı, U-21 millimizdə də qısa müddətdə yaxşı işlər görüb. Onun baş məşqçi kimi klubumuzun inkişafına müsbət təsir edəcəyinə inanıram”.
Rəşad Sadıqov isə klubun mətbuat xidmətinə bunları söyləyib: "Məsuliyyətli işin altına girdiyimi anlayıram. Mənə göstərilən etimada görə "Zirə" rəhbərliyinə təşəkkür edirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam".
Beləliklə, artıq növbəti mövsüm elitada Qurban Qurbanov – Rəşad Sadıqov rəqabəti yaşanacaq. Heç şübhəsiz, bu məqam ölkə çempionatında mübarizəyə rəng qatacaq, futbolsevərlər “Qarabağ” – “Zirə” duellərini xüsusi həvəslə gözləyəcəklər. Hər ikisinin xarakterinə bələd olan şəxs kimi əminliklə deyirik ki, həyatda yaxından dostluq edən bu adamların yaşıl meydanda bir-birinə güzəşt edəcəyini gözləməyə dəyməz. Uğur olsun!
HƏBİB

Son xəbərlər

“İki tur qlobal nəticələr çıxarmaq üçün erkəndi” - Murad Musayev

“Ayaks”ın kapitanı soyğunçuların hücumuna məruz qalıb

“Buraxdığımız kobud səhv matçın taleyini həll etdi” - Rəşad Sadıqov

“Yuventus”dan MY-yə keçməyə yaxındı

"Sabah" 3 qolla 3 xal qazandı - YENİLƏNİB

"Səbail"dən yeni transfer

İkardi “arzuolunmaz futbolçular” siyahısında

Ruslan Qurbanov "Neftçi"yə görə şoka düşüb

"Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi" - Samir Əliyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

Azər Salahlı əməliyyat olunacaq

"Qarabağ"ın oyunu təxirə salındı

"Kəpəz" Qəbələyə köçdü

Misli premyer-liqasının 3-cü turunun oyunlarının vaxtı müəyyənləşdi

Taekvondoçularımız İslamiadanı 5 medalla başa vurdu

Mövsümün ən yaxşısı adına 3 namizəd

Yığmamız yarımfinalda - İslamiada

PFL-in vitse-prezidenti açıqlandı

"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un futbolçusunu icarəyə götürdü

"Barselona"nın futbolçusu "Valensiya"da

AFFA premyer-liqanın yeni klublarını cərimələdi

Navas PSJ-dən ayrılır

Ermənistan Futbol Federasiyası və "Pünik" Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı

Ayxan Abbasov "Turan 100k" layihəsinə qoşuldu - Estafeti onlara ötürdü

UEFA ən az vəsaiti "Neftçi"yə köçürdü

“Tottenhem”in sabiq futbolçusu geri qayıtdı

Kadi Borgesdən "Qarabağ"la bağlı paylaşım

“Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilmədi

İkiqat Avropa çempionumuz medalsız qaldı - İslam Oyunları

"Kəpəz"dən maraqlı paylaşım - "Tarixi derbi “Neftçi” – “Kəpəz”di!"

"İnter"in futbolçusu "Sassuolo"da

Sterlinq "Mançester Siti"dən ayrılma səbəbini açıqladı

PSJ hücumçusunu göndərdi

"Arsenal"ın futbolçusu İtaliyada

Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Avropa Liqasında pleyy-off çütlükləri müəyyənləşdi

"Rapid" - "Neftçi" matçının videoicmalı

"Penaltilərə qalsaydıq, şanslar bərabər olacaqdı" - "Rapid"in hücumçusu

Dünya Çempionatı 2022-də açılış matçının vaxtı dəyişdi

Millimiz bu gün Mərakeşlə qarşılaşacaq

"Mənəvi gücümüzü hiss etdik" - "Rapid"in baş məşqçisi

"Neftçi"nin mübarizə əzmi alqışa layiqdi" - "Rapid"in kapitanı

"Planlaşdırdığımız şeyləri edə bilmədik" - Laurentsiu Regekampf

"Neftçi" mübarizəni dayandırdı - YENİLƏNİB

Pinamontinin yeni klubu bəlli oldu

Bütün xəbərlər