Sizin reklam burada

Nicat qol vurdu, Gürcüstana gözdağı verdi

Baxış Sayı:249

Nicat qol vurdu, Gürcüstana gözdağı verdi
Gürcüstanın futbol çempionatında 6-cı turun oyunları keçirilir. Həmyerlimiz Nicat Qurbanovun şərəfini qoruduğu “Samtredia” dünən Tiflisdə “Merani”ni məğlub edib – 2:1. 54-cü dəqiqədə meydan sahiblərinin qapısına təyin olunan penaltini inamla yerinə yetirən Nicat qoldan sonra əsgər salamı verib. Son günlər Ermənistanla sərhəddə şəhid olan vətən övladlarının şərəfinə verilən bu salamın altında başqa rəmzi məna da yatır. Bildiyiniz kimi, Ermənistanın son fitnəkarlığına dünyanın əksər ölkələri haqq etdiyi qiyməti versə də, qonşu Gürcüstan neytrallığını qoruyub, təcavüzkarla təcavüzə məruz qalana eyni münasibət sərgiləyib. Halbuki bu ölkə özü də aqressiv separatçılıqdan əziyyət çəkir, torpaqlarının bir hissəsini itirib. Güman edirəm ki, Nicatın bu əsgər salamı həm də gürcülər üçün gözdağıdı. Baxın, kişilik göstərin, hər kəsə layiq olduğu qiyməti verin! Sağ ol, Nicat!
ORXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR