Sizin reklam burada

PFL püşkatmanın tarixini müəyyənləşdirməyib

Baxış Sayı:238

PFL püşkatmanın tarixini müəyyənləşdirməyib
Bir neçə gün əvvəl Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev mətbuata verdiyi açıqlamada çempionatı avqustun 14-də başlamağı planlaşdırdıqlarını açıqlamışdı. Lakin yeni mövsümün startı ilə bağlı detallar hələ ki məlum deyil. Digər tərəfdən, Operativ Qərargahın koronavirusla bağlı tətbiq edilən karantin rejimini daha iki həftə uzadacağı gözlənilir.
Yeni mövsümün başlaması ilə bağlı detalları, püşkatmanın tarixini, karantin rejimi uzadılacağı halda bunun çempionatın startına təsir edib-etməyəcəyini öyrənmək üçün PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgədiyevlə əlaqə saxladıq: “Çempionatın avqustun 14-də başlamasını nəzərdə tutmuşuq. Bu, ilkin variantlardan biridi. Bilirsiz ki, komandalarımızın avqustun ortalarından avrokuboklarda oyunları başlayır. Sentyabrın əvvəlindən də milli komandamızın oyunu var. Komandaların, futbolçuların fiziki durumunu normal vəziyyətə gətirmək üçün müəyyən sayda oyunlar keçirilməli, bir neçə tur oynanılmalıdı ki, həm mili komandanın, həm də avrokuboklarda çıxış edən klubların futbolçuları daha hazırlıqlı olsunlar. Püşkatmanın vaxtı hələ ki bəlli deyil. Dəqiq tarix müəyyənləşəndən sonra məlumat veriləcək. Bilirsiz ki, AFFA tərəfindən çempionatın başlaması ilə bağlı İşçi Qrup yaradılıb. Həmin qurumda da PFL-in əməkdaşı var. İşçi Qrupun təklif və tövsiyələrini də nəzərə alacağıq. Bu günə olan plan budu ki, hansısa dəyişiklik olmasa, avqustun 14-də çempionata başlamağı düşünürük”.
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR