Zaur Əzizov: “Fariz Nəcəfov ilə AFFA rəhbərliyi arasında görüşlər və danışıqlar davam edir”
Son iki mövsümdə “Qəbələ”nin maliyyə cəhətdən ağır günlər keçirdiyindən hamının xəbəri var. Klubun təsisçisi Tale Heydərov əlini klubun üzərindən çəkəndən sonra “qırmızı-qaralar”ın büdcəsi əvvəlki illərlə müqayisədə dəfələrlə aşağı düşüb. Elə bu səbəbdəndi ki, daim iddialılar arasında görməyə adət etdiyimiz bölgə təmsilçisi istər 2018/19, istərsə də 2019/20 “futbol ili”ndə böyük çətinliklərlə başabaş qaldı, aparıcı futbolçular düşərgəni tərk etdi, səviyyəli legionerlər başqa klublara üz tutdular. Ağır maddi duruma baxmayaraq, “qırmızı-qaralar” 2019-da tarixində ilk dəfə ölkə kubokunu başı üzərinə qaldırmaqla mövsümü titulla başa vurmağı bacardısa, pandemiya səbəbindən yarımçıq başa çatan çempionat qəbələli azarkeşlər üçün qanqaraldıcı oldu. Elmar Baxşıyevin çalışdırdığı kollektiv turnir cədvəlinin sonuncusu oldu.
Ötən saylarımızın birində “Qəbələ”nin yeni mövsümdə fəaliyyət göstərməsinin böyük sual altında olduğunu xəbər vermişdik. Onu da bildirmişdik ki, əksər əməkdaşlarını ixtisara salan, akademiyada çalışan bəzi məşqçiləri öz hesabına məzuniyyətə buraxan klub bu gedişlə fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq, futbol qəbiristanlığında özünə məzar yeri axtaracaq.
Ancaq bugünlərdə bizə ötürülən məlumata əsasən ölkə kubokunun son qalibinin ağır günləri başa çatmaq üzrədi. Belə ki, AFFA İcraiyyə Komitəsinin son toplantısında gündəliyə çıxarılan məsələlərdən biri də “qırmızı-qaralar”ın gələcək taleyi olub. Uzun sürən müzakirələrdən sonra başbilənlər “Qəbələ”nin yaşamasına qərar veriblər və bunun üçün lazımi tədbirlərin görülməsi qərara alınıb. Mənbəmizin sözlərinə inansaq, AFFA prezidenti Rövnəq Abdullayevin göstərişi əsasında “Futbolun İnkişafına Dəstək Fondu”ndan bölgə klubuna 1 milyon 500 min manat vəsait ayrılacaq.
Deyilənlərin nə dərəcədə düz olub-olmadığını bilmək üçün “Qəbələ”nin baş meneceri Zaur Əzizovla əlaqə saxladıq. Ancaq Zaur bəy sözügedən məsələ ilə bağlı geniş açıqlama vermədi: “Bəli, belə bir söhbət var. Bununla bağlı klubun prezidenti Fariz Nəcəfov ilə AFFA rəhbərliyi arasında görüşlər və danışıqlar davam edir. Konkret məbləğə gəlincə, bununla bağlı dəqiq nəsə deyə bilməyəcəm. Yəqin ki, danışıqlar yekunlaşandan sonra bu haqda fikir bildirmək olar”.
Xatırladaq ki, “Qəbələ” ötən ilin dekabrında “Jalə” şirələri, bu ilin əvvəlində “Mila” süd məhsulları ilə sponsorluq müqaviləsi bağlamışdı. AFFA-nın da kluba maliyyə yardımı edəcəyini nəzərə alsaq, belə çıxır ki, “qırmızı-qaralar” yeni mövsüm üçün normal büdcəyə sahib olacaq. Əzizov bu haqda danışmağın hələ tez olduğunu bildirdi: “Adını çəkdiyiniz şirkətlərlə də müzakirələr olacaq. Onların da fikirlərini öyrəndikdən sonra yeni mövsümdə maliyyə durumumuzun necə olacağını demək mümkündü”.
Baş menecerlə söhbətdə komandanın toplanışa nə vaxt başlayacağını, heyətin formalaşdırılması yönündə hansı addımların atıldığını da öyrənməyə çalışdıq: “Mütəmadi olaraq baş məşqçimizlə əlaqə saxlayıb fikir mübadiləsi aparırıq. Yəqin ki, yaxın günlərdə komandanın hazırlığa nə vaxt başlayacağı məlum olacaq. O ki qaldı heyətin formalaşmasına, hər şey büdcə müəyyənləşəndən sonra bəlli olacaq. Onda biləcəyik ki, klubla müqaviləsi olan legionerlərlə yola davam edəcəyik, yoxsa kollektiv sırf yerli futbolçulardan ibarət olacaq”.
RƏŞAD

Son xəbərlər

Madriddən Pireyə yollandı

Millimizin oyunlarının vaxtı bəlli oldu

Millimiz Superfinalda!

“IronWind 70.3” yarışının qalibləri müəyyənləşib

İtaliya futbolu tarixində ilk

Mirabdulla ilə Fəhminin taleləri necə olacaq ? - AÇIQLAMA

Ağır xəstəliyə məğlub oldu…

İspaniya klubu 40 yaşlı futbolçu ilə müqavilə imzaladı

O da “İnter”dən “Montsa”ya keçdi

"Zirə" Sərtanla davam edir

Superkubok matçı harda keçiriləcək?

Ronaldo ÇL-də oynamaq istədiyi üçün...

Türkiyə klubu "Qarabağ"ın əsas üzvünü transfer etmək istəyib

Həsrət Məmmədyarov: "Komandamla fəxr edirəm".

Sampaolinin xələfinin kimliyi bilindi

Ruan Renato buna söz verdi

Cavid Hüseynov serb məşqçini yanında istəyir - ÖZƏL

Cenk 3-cü dəfə ''Beşiktaş''a gəldi

Tayson məhbəs günlərindən danışdı

"Qarabağ" rəsmisi səhmlərin 300 minə satılmasına etiraz etdi

"Fənərbaxça"nın Avstriya toplanışına kimlər aparılmadı?

"Araz-Naxçıvan" "Sabah"ın hansı futbolçularını transfer edir? - AÇIQLAMA

Yokiç MBA tarixinə düşdü

“Qalatasaray” yeni anlaşma ilə rekord qıracaq

Bu şəxs "Sumqayıt"ın yeni idman direktoru olacaq

TFF-nin Kuntsa qarşı yeni şərtləri var!

"Formula-1"in sabiq rəhbərinin Putin sevgisi

Moldova millisinin üzvü Azərbaycan klubunda - ÖZƏL

“Trabzonspor” Nvakaemenin boşluğunu onunla dolduracaq

“Kəpəz” 3 legionerlə güclənir: 2 gürcü, 1 iranlı - ÖZƏL

Jurnalistlər arasında komanda şəklində şahmat çempionatı keçiriləcək

Pyaniç ümidləri doğrulda bilməməsini nə ilə izah etdi?

Nurlan İbrahimovun vəkili bu quruma məktub göndərəcək

Hemiltonun Britaniya “Qran-pri”sində iştirakına qadağa qoyula bilərmiş

Qurban Qurbanov: "Hazırlığımızdan tam razı qala bilmərəm" - VİDEO

Amerikalı jurnalistdən rusiyalı idmançı ilə bağlı şok təklif

Millimiz Maltaya uduzdu

Güləşçimiz Avropa çempionatının finalında

Karpin ilə müqavilə yeniləndi

Ozan Tufan rəsmən ''Hall Siti''nin oyunçusu oldu

Cüdoçularımızdan Avropa turnirin ilk günündə 5 medal

Tanınmış türkiyəli forvard 4-cü divizionda oynayacaq

Ayxan Abbasov komandanı Tovuza aparır

PSJ Neymarla Messini satmaq istəyir?! – Təhlil

PFL bunu edəcək qədər mehriban bir ailədi

Bütün xəbərlər