Sizin reklam burada

“Sabah” hazırlığa başlamaq üçün icazə gözləyir

Baxış Sayı:271


Jelko Sopiçi yola salıb yerinə Visente Qomesi gətirən “Sabah” heyəti gücləndirməklə növbəti mövsümdə avrokuboklara vəsiqə qazanmağı planlaşdırır. Bunun üçün isə çempionata hazırlıq yüksək səviyyədə təşkil edilməli, futbolçularla baş məşqçi bir-birini vaxtında tanımalı, uyğunlaşmalıdı.
Belə məqamları nəzərə alan klub rəhbərliyi komandanın daha tez bir araya gəlməsini məqsədəuyğun sayıb. Əldə etdiyimiz bilgiyə görə, “Sabah” rəhbərliyi paytaxtdan çıxmaq üçün aidiyyatı qurumlara müraciət edib və müsbət cavab alınıb. Hətta kollektivin toplanışa koronavirus testindən dərhal sonra, yəni iyulun 17-də başlayacağı gözlənilir. Artıq bölgənin və otelin adı da məlumdu. Mənbəmizin verdiyi məlumata görə, “tələbələr” Qəbələyə yollanıb, “Qarabağ” və “Neftçi”ylə eyni məkanda – “Qafqaz Sport”da məskunlaşacaq. Visente Qomes hələ ki ölkəmizdə olmadığından, hazırlığın ilk günlərinin onsuz keçəcəyi deyilir.
Məlumatı dəqiqləşdirmək, ümumiyyətlə, “Sabah”ın hazırlıq planı ilə bağlı yenilikləri öyrənmək üçün klubun mətbuat katibi Elnur Həmidovu aradıq. Həmkarımız toplanışın başlayacağına işarə vursa da, tarix və məkanla bağlı konkret söz demədi: “İcazə veriləcəyi halda, regionların birində təlim-məşq toplanışı keçməyi planlaşdırırıq. Lakin tarix və məkan hələ ki bəlli deyil. Baş məşqçi və köməkçilərinin isə bu ayın sonuna qədər Bakıda olmaları nəzərdə tutulub”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR