Sizin reklam burada

De Byazi Bakıya nə vaxt gəlib?

Baxış Sayı:397


“Bakı gözəl şəhərdi, bir neçə dəfə orda olmuşam. 2 milyon əhalisi olan böyük, fəal və dinamik şəhərdi. Şəhərin memarlığı adamı valeh edir” – bu cümlələr yığmamızın yeni baş məşqçisi Canni De Byazinin müsahibəsindən götürülüb. Açığı, italyan mütəxəssisin ölkəmizin paytaxtında bir neçə dəfə olmasında dair açıqlaması dərhal diqqətimi çəkdi. Onun Bakıya nə futbolçu kimi, nə də çalışdırdığı komandalarla gəlməsi reallığa uyğun deyil. Belədə yada 2011-17 aralığında çalışdırdığı Albaniya yığması düşür. Göstərilən zaman kəsiyində Azərbaycan və Albaniya yığmaları bir dəfə qarşılaşıb. 2011-ci ilin 11-ci ayının 11-ci günündə Tiranada keçirilən yoldaşlıq oyununda bizimkilər 1:0 hesabıyla qalib gəlib. Həmin vaxt rəqibin “sükanı arxasında” xorvat Yosip Kuze olub, De Byazi isə Albaniya yığmasını dekabrın 14-də qəbul edib. Deməli, klublar və yığma səviyyəsində italyan mütəxəssisin yolu Azərbaycan təmsilçiləri ilə kəsişməyib.
Araşdırma zamanı bizə məlum oldu ki, De Byazi Bakıya yalnız bir dəfə - Ansi Aqollinin oyununu izləmək üçün gəlib. Bildiyiniz kimi, alban müdafiəçi həmin vaxt, yəni 2015-16-cı illərdə “Qarabağ”ın heyətində yetərincə inamlı oyun göstərirdi. Belədə yığmanın çalışdırıcısının 2016-cı ildə keçirilən Avropa çempionatına aparacağı heyətə salmaq istədiyi Ansini iş başında görmək niyyəti təbiidi. Bu halda da söhbət yalnız Bakıya bir səfərdən gedə bilər. Bəs onda “bir neçə dəfə orda olmuşam” ifadəsinin altında yatan məna nədi? Ümid edirəm ki, bu suala yaxın gələcəkdə elə özündən cavab ala biləcəyik.
ORXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR