Sizin reklam burada

Yığmanın məşqçisi çox xoşbəxtdi

Baxış Sayı:333


Beluççi: “Daim inkişafda olan bir ölkədə işləməyə gedirik”
Yığmamızın məşqçisi Klaudio Belluççi İtaliya mətbuatına müsahibə verib. Həmyerlisi Benni Karbone ilə birlikdə Canni De Byaziyə yardım edəcək 45 yaşlı mütəxəssis millimizlə uğur qazanacaqlarına inandığını deyib.
- Bir ildi De Byazi ilə birlikdəyəm. Mənə Azərbaycan millisində köməkçisi olmağı təklif etdi. Çoş xoşbəxtik, çünki əla seçim etdik. Daim inkişafda olan bir ölkədə işləməyə gedirik.
- Azərbaycan yığması gəncdi?
- Son illər görülən işləri yaxşılaşdırmaq istəyirik. Onların İtaliyaya qarşı oyununu da izləmişik. Görüləsi çox iş var. Azərbaycan istər futbolda, istərsə də başqa sahələrdə davamlı inkişafdadı. Yığma gələcəyin sürprizi ola bilər, biz bunun üçün çalışırıq.
- Azərbaycanda çalışmaq istəyinizin gələcək üçün missiya olduğunu deyə bilərik?
- Bəli, qürur duymaq üçün, əlbəttə ki, böyük səbəbdi. Çünki onlar italyan məşqçiləri taktiki və texniki cəhətdən tədricən inkişaf etmək və intizamlı futbol üçün çağırırlar. Bu fürsətdən çox məmnunuq.
- DÇ-2022 barədə düşünürsüz?
- Əlbəttə. Niyə də olmasın?! Lakin addım-addım gedək. Dərhal təəccübləndirmək üçün əvvəlcə Millətlər Liqasına diqqət yetirməliyik. Bu yarışda düzgün yol gələcəkdə daha gözəl qapı aça bilər.
- Azərbaycandakı futbol bazalarını görmüsüz?
- Xeyr, dürüst olmaq lazımdısa, hələ baş çəkməmişik. Ancaq bizə çox müsbət şeylər danışdılar. Bakıdakı stadiona baxın, vəziyyətin necə olduğunu anlayacaqsız. Bu baxımdan ölkə çox böyüyür.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR