Sizin reklam burada

Vahabzadə AFFA-nın uğurlu seçim etdiyini düşünür

Baxış Sayı:258


Ötən cümə milli komandanın baş məşqçi postuna təyinat gerçəkləşdi. Canni De Byazi yığmanın “sükanı arxasına” keçdi. İtaliyalı mütəxəssisin qarşısına Millətlər Liqasında uğurlu çıxış etmək hədəfinin qoyulduğu acıqlanıb. Hər halda, bunu biz yox, De Byazi özü deyir. Amma onun buna nə dərəcədə nail olacağı maraq doğurur. Son illərdə əcnəbi məşqçiləri əlcək kimi dəyişən millinin budəfəki cəhdinin uğurlu olacağına inananlar da az deyil.
Bəs mütəxəssislər nə düşünür? Onlar De Byazinin yığmadakı işindən nə gözləyirlər? İtalyan Millətlər Liqasında uğurlu ola biləcəkmi?
Yaşar Vahabzadə De Byazinin təyinatını uğurlu addım hesab edir: “Təyinatı normal qarşıladım. Hər halda, italiyalı mütəxəssisi yığma üçün uğurlu seçim hesab etmək olar. Onunla bağlı fikirləri işini gördükdən sonra daha dəqiq deyə bilərik. Gəlib işləməlidi, görək necə olacaq. Nəzərə almaq lazımdı ki, çempionat yoxdu, oyunlar keçirilmir. Baş məşqçinin seçim imkanı çətin olacaq. Hələ baş məşqçi gəlməyib, onun qarşısına qoyulan hədəflər bəlli deyil. Ona görə də bu barədə nəsə demək çətindi”.
Babək Alxasov isə italiyalının işinin çətin olacağını düşünür: “İnanmaq istəyirik ki, bu təyinatın bir nəticəsini görəcəyik. Millinin əvvəlki məşqçilərinə baxanda, Yurçeviçin işini nəzərə alanda, inanmaq istərdim ki, bu dəfə daha yaxşı olacaq. Bir az pandemiya dövrünün davam etməsi, məşqlərə gec başlamaları - bu amillər problem yarada bilər. Rəqibləri nəzərə alsaq və baş məşqçinin vaxtı daha çox olsaydı, ümidlə baxmaq mümkün idi. Amma əfsuslar olsun ki, onun komandanı hazırlamağa kifayət qədər vaxtı olmayacaq. Bu, müəyyən problemlər yaradır. Ümid azdı. Bu da hazırlıqla bağlıdı. Futbolçunu tanımaq, hazırlamaq üçün müddət çox azdı. Bu baxımdan bizim üçün çətinlik yaranacaq. Yenə də ümid edək ki, hər şey daha yaxşı olar”.
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR