REPLİKA
Son günlər ermənilərin sərhəddə azğınlaşması bütün başqa vəzifə sahiblərindən daha çox xarici işlər nazirindən fəallıq, daha doğrusu, Azərbaycanın haqq səsini müvafiq beynəlxalq qurumlara çatdırmaq baxımından fədakarlıq tələb edir. Xarici işlər naziri postunu isə 2004-cü ildən bəri Elmar Məmmədyarov tutur. O Məmmədyarov ki, son həftələrdə rəhbərlik etdiyi nazirlikdə çoxlu hüquqazidd əməllər aşkarlanıb. O Məmmədyarov ki, həm də AFFA İcraiyyə Komitəsinin üzvüdü. Əvvəlcə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin dünən keçirilən və 2020-ci ilin ilk yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında nazir haqda dediklərini oxuyaq: "Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harda idi? Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik. Baş nazir iş yerində, mən iş yerində səhərə qədər. Müdafiə naziri, Baş Qərargah rəisi, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, daxili işlər naziri, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Təhlükəsizlik Şurasının katibi gecə səhərə qədər iş yerində. Mən xarici işlər nazirini tapa bilmədim. Mən Əli Əsədovdan soruşdum ki, hardadı. Sənə nə dedi? De".
Baş nazirin Əli Əsədovun cavabı: "Cənab Prezident, soruşdum, dedi ki, mən evdən işləyirəm. Mən Elmar Məmmədyarova zəng etdim. Sizin dediklərinizi ona dedim, soruşdum ki, bu hadisəni sən nə vaxt eşitmisən və harda olmusan? Dedi evdən işləmişəm. Dedim, saatbasaat mənə de, harada olmusan? Yenə dedi ki, evdən işləmişəm. Soruşdum ki, evdə niyə işləyirsiz? Sən gəl iş yerinə, kabinetinə və s. Tapşırıq belə oldu. Ondan sonra hadisələr məlumdu".
Əsgərlərimizin, dinc əhalinin başına mərmi yağdığı anlarda “mən evdən işləyirəm” deyən, Prezidentin çağırışına özünü yetirməyən nazirin başına daş yağsa, məsləhətdi – bu, məsələnin 1-ci tərəfi. Amma öz aramızdı, nazirin başı futbola qarışıb da. Adam iyulun 10-da AFFA-nın bir neçə saat davam edən videokonfransına qatılıb, orda çox yorulub, hələ yığmanın yeni baş məşqçisi De Byazini Bakıya gətirmək yolunda xidmətini təklif edib. İkincisi, guya siz bilmirsiz ki, həftəsonları şıdırğı futbollar olur. Bəlkə iyulun 12-də adam gözünü dikib hansısa oyuna, ekran önündən ayrıla bilməyib? Vətəndaşının başına mərmi yağanda adam futboldan həzz alırmış. Beləsinin yeri hara olmalıdı? Təbii ki, nazir postu yox, elə mavi ekranın arxası! Yazıqlar olsun sənə!
ORXAN

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər