Sizin reklam burada

AFFA xüsusi şərtlərlə özünü “sığortalayıb”

Baxış Sayı:354


Vaqif Sadıqov: “Daha sonra Elxan Məmmədovun onunla görüşü olmalıydı”
AFFA İcraiyyə Komitəsinin iclasında millinin baş məşqçi postuna namizəd olan Canni De Byazi ilə xüsusi şərtlərlə razılaşacağı təqdirdə müqavilə imzalanacağı açıqlandı. Lakin belə görünür, artıq italyan yığmanın yeni çalışdırıcısıdı. İclasla, təyinatla bağlı fikirlərini öyrənmək üçün AFFA-nın vitse-prezidenti Vaqif Sadıqovla söhbətləşdik. Qurum rəsmisi De Byazinin qarşısına qoyulan xüsusi şərtlərlə bağlı sualımızı belə cavabladı: “Müzakirələr getdi, hər kəs öz fikrini bildirdi. Sonda da səsvermə keçirildi və təyinat reallaşdı. O ki qaldı şərtlərə, ümumiyyətlə, deyilib ki, pandemiya ilə bağlı vəziyyəti nəzərə alaraq, baş məşqçinin qarşısına xüsusi şərtlər qoymaq lazımdı. Oyunların təxirə salınması, təlim-məşq toplanışının keçirilməməsi, burda qalmaq məsələsi, bir sözlə, hər şey ola bilər. Bütün şərtlər müqavilədə əksini tapmalıdı ki, biz də özümüzü “sığortalayaq”. Vacib olan bu məsələlər idi”.
De Byazinin bu şərtlərlə nə dərəcədə razılaşıb-razılaşmaması ilə bağlı suala Sadıqov belə cavab verdi: “İcraiyyə Komitəsinin iclasından sonra onunla görüşməmişik. Daha sonra Elxan Məmmədovun onunla görüşü olmalıydı. Ondan sonra müqavilə şərtləri razılaşdırılmalı, imzalanmalı idi. Bildiyim qədər belə olmalıdı. Ondan sonra nə olub, hansı görüşlər keçirilib, bilmirəm. Mən belə başa düşürəm ki, De Byazi artıq razılıq verib. O, bu şərtlərlə Azərbaycan millisində çalışacaq. Bu məşqçiyə və yığmamıza uğurlar diləyirik”.
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR