Sizin reklam burada

Rövşən Binnətli “Yeni klinika”da müalicə alır

Baxış Sayı:463


“Özümdə müsbət dəyişikliklər hiss edirəm”
Bütün dünyanı bürüyən koronavirus bəlası Azərbaycandan və ölkənin futbol ictimaiyyətindən də yan keçmədi. Təəssüf ki, bir neçə gün əvvəl idman mətbuatının tanınmış simalarının koronavirusa yoluxduğunu öyrəndik. “İdman TV”nin direktoru vəzifəsini icra edən Rövşən Binnətli və telekanalın stajlı əməkdaşı Fikrət Adıgözəlli bir neçə gündü bu xəstəliklə mübarizə aparır.
Dünən hər ikisi ilə əlaqə saxlamağa çalışsaq da, dəstəyi yalnız Rövşən Binnətli qaldırdı: “Şükür, özümü yaxşı hiss edirəm. “Yeni klinika”da müalicə alıram. Müalicə prosedurları çox yüksək səviyyədə aparılır, peşəkar həkimlər olduqca həssas və diqqətldi. Müalicəm davam edir, özümdə müsbət dəyişikliklər hiss edirəm. Amma təbii ki, bu barədə hesabat verilmir. Cəmi 3 gündü müalicə aparılır, yaxşıyam və daha yaxşı olacağıma ümid edirik. Yeni testin nə vaxt keçiriləcəyini bilmirəm. Biz ancaq həkimlərin dediyini yerinə yetirməklə məşğuluq. Müalicənin nəticəsini həkimlər daha yaxşı bilir, müəyyənləşdirirlər. İnşallah, qısa zamanda daha yaxşı nəticə əldə edərik”.
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR