Sizin reklam burada

İsayevə ən çox pul təklif edən “Sabah”dı

Baxış Sayı:594

İsayevə ən çox pul təklif edən “Sabah”dı
Mövsümlərarası fasilədə “transfer bazarı”nda fəallığı ilə seşilən “Sabah” daha bir futbolçunu rənglərinə bağlamağa yaxındı. Əldə etdiyimiz bilgiyə görə, “tələbələr” son iki mövsümü “Sumqayıt”da keçirən Aleksey İsayevlə danışıqlara başlayıb. Xatırladaq ki, son günlər mətbuatda rusiyalı futbolçunun “Qarabağ” və “Neftçi”nin maraq dairəsində olduğu bildirilirdi. Ancaq göründüyü kimi, İsayevin “elçi”lərinin sayı iki yox, üç imiş və yarımmüdafiəçi seçim zamanı məhz Masazır təmsilçisinə üstünlük verib. Onu bu addımı atmağa vadar edən isə “Sabah”ın təklif etdiyi maaş olub. Qarşısına ciddi hədəflər qoyan klub İsayevə ayda 15 min manat əməkhaqqı söz verib.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR