Sizin reklam burada

Nicat ikinci qolunu vurdu

Baxış Sayı:590


Ukrayna premyer-liqasında 29-cu turun oyunları keçirilib. Pavel Paşayevin formasını geydyi “Aleksandriya” səfərdə “Zarya” ilə heç-heçə edib – 2:2. Start heyətində meydana çıxan yığmamızın üzvü fasilədə əvəzlənib. “Aleksandriya” 44 xalla çempionluq uğrunda mübarizə aparan ilk “altılıq”da beşincidi.
Moldova çempionatında yeni mövsümə start verilib. Amit Quluzadənin formasını geydiyi “Milsami” doğma meydanda “Petrokub”un müqavimətini qıra bilməyib - 0:0. Millimizin sabiq yarımmüdafiəçisi bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.
U-21 yığmamızın sabiq üzvü Dmitri Nağıyevin formasını geydiyi “Dinamo-Avto” da yeni mövsümdə ilk matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Floreşti”ni üstələyib (3:1). Nağıyev görüşü əvəzlənmədən keçirib. Komandasının ilk qolunu da 39-cu dəqiqədə o vurub. Latviya çempionatında 5-ci turun oyunları reallaşıb. Vüqar Əsgərovun “Dauqavpils”i də növbəti oyuna çıxıb. Futbolçumuzun komandası səfərdə “Riqa” ilə bacarmayıb (1:3). Cari mövsümdə 1 qol vuran millimizin sabiq forvardının adı bu oyunun iştirak ərizəsinə salınmayıb. Hesabında 6 xal olan “Dauqavpils” 10 komanda arasında yeddincidi.
Gürcüstan çempionatının 4-cü turu çərçivəsində Nicat Qurbanovun şərəfini qoruduğu “Samtredia” səfərdə “Telavi” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3. Nicat qarşılaşmanı əvəzlənmədən keçirib. Komandasının yeganə qolunu 9-cu dəqiqədə penaltidən Qurbanov vurub. Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 2-yə çatdırıb. Hesabında 4 xal olan “Samtredia” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.
Çexiyanın 2-ci divizionunda 28-ci turun oyunları baş tutub. Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geydiyi “Viktoriya” da növbəti matçına çıxıb. Jijkov təmsilçisi doğma meydanda “Vlasim”ə 0:1 hesabıyla uduzub. Start heyətində meydana çıxan Nəbiyev 75-ci dəqiqədə əvəzlənib. Əvəzedici komandanın üzvü olan Samir bu görüşün də iştirakçısı olmayıb. “Viktoriya” 46 xalla 16 komandanın sıralamasında 5-cidi.
Mayın 4-də Estoniya kubokunun final oyunu keçirilib. Həlledici qarşılaşmada Nurlan Novruzovun şərəfini qoruduğu “Narva Trans”la “Flora” münasibətləri aydınlaşdırıb. Üç qolun qeydə alındığı oyun rəqibin qələbəsiylə bitib - 2:1. Nurlan 70-ci dəqiqədə oyuna qoşulub, 16 dəqiqə sonra sarı vərəqə alıb.
İspaniya sequndasında 38-ci turun görüşləri baş tutub. Eddi İsrafilovun "Albasete"si səfərdə "Malaqa" ilə qolsuz bərabərliyə razılaşıb. Ötən tur sarı vərəqə limitini dolduran yığmanın yarımmüdafiəçinin adı matçın iştirak ərizəsinə salınmayıb. "Albasete" 22 komandanın mübarizəsində 45 xalla 17-ci yerdədi.
İngiltərənin "Koventri" klubu "Vulverhempton"da çıxış edən Renat Dadaşovla maraqlanır. "Coventrytelegraph" nəşrində yer alan xəbərə görə, çempionşip təmsilçisi 21 yaşlı hücumçunu icarəyə götürmək istəyir. Dadaşovla baş məşqçi Mark Robins maraqlanır. Qeyd edək ki, Renat 2019-cu ilin avqustunda keçdiyi "Vulverhempton"la 4 illik müqavilə bağlasa da, hələ ki əsas komandada debüt etməyib. Millinin forvardı mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş Ferreyra" klubunda keçirib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR