Sizin reklam burada

Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi

Baxış Sayı:905


“Ömrümün 10 illik kitabının son səhifəsini bu gün yazdım və bitdi”
"İdman TV"nin şərhçisi Ramiz Mirzəzadə "CBC Sport"a keçib. Həmkarımız bununla bağlı “feysbuk” səhifəsində paylaşım edib: “Əvvəla, 2 iyul - Beynəlxalq İdman Jurnalistləri Günü münasibətilə hər bir həmkarımı ürəkdən təbrik edirəm. Onlara bu günlərdə ən vacib məsələ olan möhkəm cansağlığını arzulayıram. İkinci növbədə isə işlərində uğurlar arzu edirəm. Bu günlər “İdman TV”də iş fəaliyyətimin nə az, nə çox - düz 10 ili tamam oldu. Bu müddətdə çoxlu dost, qardaş, gözəl insanlar qazandım. İşimlə əlaqəli insanların xoş münasibəti məni işimə daha çox bağladı. Sözlə ifadə edilməyəcək gözəl anlar yaşadım bu 10 ildə. Amma hər şeyin bir sonu olduğu kimi, bu 10 ilin də son günü gəlib çatdı. Ömrümün 10 illik kitabının son səhifəsini bu gün yazdım və bitdi. Bu müddət ərzində üzərimdə əziyyəti, zəhməti, haqqı olan hər insana bir ömür minnətdaram. Mənə bu telekanalda adi bir işçi kimi inanıb müəyyən qədər işini bilən bir Ramiz Mirzəzadəyə çevrilməyimə dəstək olan insanlar var ki, onların zəhmətini heç vaxt unutmayacam. Amma zaman, məqam, vəziyyət elə gətirdi ki, doğulub-böyüdüyüm yerdən, mənə əziz olan məkandan öz peşə bayramımda öz istəyimlə ayrılmaq qərarı aldım. Mənə inanan, məni dəstəkləyən, məni özünə yaxın bilən hər kəsə minnətdaram. Var olun hər zaman. İnanıram ki, hər şey hamı üçün bundan sonra daha da yaxşı olacaq”.
Sosial şəbəkəkərdə yazılanlardan belə aydın olur ki, Ramiz bəy fəaliyyətini “CBC Sport”da davam etdirəcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR