Sizin reklam burada

Miçel və Romero qardaşları İspaniyaya uçdu

Baxış Sayı:720


“Qarabağ” üç legionerinə Azərbaycanı tərk etməyə icazə verib. Söhbət Xayme, Daniel Romero qardaşlarından və Miçeldən gedir. İspaniyalılar ailələrində problem yarandığını əsas gətirərək, klub rəhbərliyindən icazə alıb. “Qarabağfk1951” səhifəsində yer alan məlumata görə, sərhədlər bağlı olduğu üçün ispanlar müxtəlif dövlət və beynəlxalq qurumlara baş vurublar. Hətta onlara təyyarə ayrılması üçün bəzi hava konsernləri ilə danışıq aparıblar. Sadəcə, qiymətə görə anlaşa bilməyiblər. Belə ki, Bakı - Madrid səfəri 60 min avrodan aşağı məbləğə başa gəlmir. Odu ki, legionerlər Bakı - İstanbul reysi ilə Azərbaycanı tərk edə biləcəklərinə ümid edirmişlər.
Dünən isə onlar paytaxtımızdan sifariş etdikləri şəxsi təyyarə ilə ayrılıblar. Xayme Romeronun həyat yoldaşı da İspaniyaya yollanıb. Pireneyli futbolçuların dönüşü “Qarabağ”ın icazəsi ilə reallaşıb. Onların Bakıya nə vaxt qayıdacağı dəqiq bilinmir. Bu, Ağdam klubunun hazırlıq planından asılı olacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR