Sizin reklam burada

“Forza Neftçi” Geryeyə ismarıc göndərdi

Baxış Sayı:779


Vild-Donald Geryenin srağagün “Neftçi”ni “Qarabağ”a dəyişməsi birmənalı qarşılanmayıb. Paytaxt klubuna könül verənlərin də bu keçidə özünəməxsus yanaşması var. “Forza Neftçi”nin rəsmi “feysbuk” səhifəsində yazılanlara diqqət edək: “Komandaya oyunçular gələ bildiyi kimi, gedə də bilirlər. Ya ölkənin fərqli klubunda, ya da ölkə xaricində karyeralarına davam edirlər. Komandamıza elə oyunçular gəlib ki, gedişinə pis olmuşuq. Ad çəkməyə ehtiyac yoxdu, həmin futbolçuları fərqli klubda da görəndə dəstəyimizi bildirmişik. Amma gedəndə də gərək kişi kimi gedəsən. Mövcud vəziyyətdə klubumuzu tərk edib, öz keçmiş “ev”inə qayıdan Vild-Donald Gerye kimi oyunçular, əlbət ki, gedişinə heç üzülmədiyimiz futbolçulardan biri olaraq siyahıya düşdü. Həmin oyunçulara qarşı necə təzyiq göstərdiyimizdən xəbərsiz olan Vild-Donaldın, sadəcə, çempionat başlayanda “Neftçi” ilə oyunda zədə və başqa amillərdən oyunu buraxmamasını diləyirik. Çünki xəbərsiz gedən futbolçuya “sağ ol” deyə bilməmişik”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR