Sizin reklam burada

FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək

Baxış Sayı:1 769


Dvorkoviç: “Əlimizdən gələni edəcəyik ki, ölkələrin ən azı 70 faizi Olimpiadaya qatılsın”
FIDE-nin prezidenti Arkadi Dvorkoviç TASS informasiya agentliyinə müsahibə verib. Ali şahmat qurumunun rəhbəri gündəm mövzularına toxunub.
- Qadınlar arasında onlayn “Qran-pri” turnrinin ilk mərhələsi başa çatdı. Bu haqda nə deyə bilərsiz?
- Turnir dörd mərhələdən ibarətdi. 200-dən çox şahmatçının qatıldığı seçmə mərhələdən cəmi 12 nəfər finala vəsiqə qazandı. Onlara finala birbaşa vəsiqə verilən 9 şahmatçı da qoşulub və beləliklə, yarış 21 nəfərin iştirakı ilə davam edir. Birinci mərhələ ukraynalı Anna Uşeninanın qələbəsi ilə nəticələndi. Rusiyalılar Valentina Qunina və Aleksandra Kostenyuk ikinci və üçüncü yeri tutdular. Amma unutmayaq ki, irəlidə hələ üç mərhələ var və əsas mübarizə qabaqdadı.
- Qadın şahmatına maraq böyükdü?
- Böyükdü və tamaşaçılar əvvəlkindən də çoxdu. “Qran-pri”nin ilk mərhələsinin oyunlarını izləyən tamaşaçı sayı son dünya çempionatının finalından daha çox oldu. Deyə bilərik ki, qadın şahmatının auditoriyası daim artır.
- İddiaçıların turnirinin davamı və dünya çempionatının final matçı bu ilə planlaşdırılırdı. Lakin hər iki yarış pandemiya üzündən təxirə salındı. Bu qərar artıq dəqiqləşib?
- Sentyabra qədər fəaliyyətimiz, demək olar ki, ancaq onlayn olacaq. Qadınların “Qran-pri” yarışından sonra onlayn Şahmat Olimpiadası keçirməyi planlaşdırırıq. Builki Olimpiada Rusiyanın Xantı-Mansiysk və Moskva şəhərlərində baş tutmalıydı. Amma məlum səbəblərə görə gələn ilə keçirməli olduq. Əvəzində isə bu il onlayn Olimpiada keçirmək qərarına qəldik. 2-3 gün sonra yığmalar üçün qeydiyyat başlayacaq. Turnirdə mümkün qədər çox komandanın iştirak etməsini istəyirik. 195 FIDE üzvü var. Amma hamısının iştirak edib-etməyəcəyini bilmirəm. Əlimizdən gələni edəcəyik ki, ölkələrin ən azı 70 faizi qatılsın. Olimpiada təxminən bir ay davam edəcək. Bundan sonra artıq İddiaçıların turnirinin ikinci hissəsini keçirməyi planlaşdırırıq. Məkan olaraq əsas seçimimiz dəyişməyib - Yekaterinburq. Ancaq mövcud məhdudiyyətlər və epidemioloji vəziyyət bizi turnirin ikinci hissəsini başqa şəhərdə keçirməyə məcbur edə bilər. Bu turniri bu il başa vurmaq çox vacibdi. Dünya çempionu adı uğrunda final matçı isə demək olar ki, artıq təxirə salınıb. Biz mövcud vəziyyəti qeyri-rəsmi müzakirə etdik və düşünürəm ki, qısa müddətdə rəsmi qərar veriləcək. Müxtəlif variantları müzakirə edirik, 2021-ci ilin yazı da ola bilər, payızı da. Konkret tarixi sonra açıqlayacağıq.
- Dediz ki, sentyabra qədər bütün yarışlar onlayn olacaq...
- Bu məsələyə bir az aydınlıq gətirməliyəm. Bəzi milli turnirlər artıq oflayn keçirilir. Xüsusilə İslandiya və Norveçdə artıq baş tutub. Mənnim dediklərim beynəlxalq yarışlara aiddi. Səyahət məhdudiyyətləri səbəbindən turnirləri keçirə bilmirik. Düşünürəm ki, sentyabr-oktyabr aylarında beynəlxalq yarışları təşkil edə biləcəyik.
- Bir neçə gün əvvəl FIDE-nin iclası da onlayn keçirildi. Hansı vacib məsələlər müzakirə olundu?
- Əsasən onlayn fəaliyyətləri müzakirə etdik, başa çatan turnirlərin nəticələrini yekunlaşdırdıq və təsdiqlədik. Məşqçilər və hakimlərin təlim sistemini də müzakirə etdik. Heç bir inqilabi qərar vermədik.
- Moskvada FIDE-nin ofisinin açıla biləcəyi barədə də məlumatlar var.
- Uzun hekayədi. Bir neçə il əvvəl Kirsan İlümjinov (FIDE-nin sabiq prezidenti) Rusiya hökumətindən Moskvada FIDE-nin ofisi üçün sahə istəmişdi. Bildiyiniz kimi, baş ofisimiz Lozanadadı, bu yaxınlarda isə Rusiya höküməti Moskva ofisi üçün sahə ayırdı. Burda kiçik təmir işlərinə ehtiyac var. Təmirdən sonra Moskva ofisimiz də fəaliyyət göstərəcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR