Sizin reklam burada

AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur

Baxış Sayı:646


Firuz Abdulla: “Adı çəkilən komanda yüksək liqaya vəsiqə qazanarsa...”
Ötən saylarımızın birində Ermənistanın birinci divizionunda “Lernayin Artsax” adlı komandanın mübarizə apardığını yazmış, həmin komandanın qondarma “Dağlıq Qarabağ Respublikası”nı təmsil etdiyini diqqətinizə çatdırmışdıq. Bir daha yada salaq ki, 2005-ci ildə yüksək dəstədə mübarizə aparmağa imkan tapmış bu kollektiv elə həmin mövsümdə premyer-liqa ilə vidalaşıb. Ardından gah fəaliyyətini bərpa edib, gah dayanıb və nəhayət, 2018-də yenidən dirilərək aşağı dəstədə mübarizəyə qoşulub.
Nankor qonşuların bu komandanı yaratmaqda və saxlamaqda hansı niyyət güddüyü məlumdu. Azərbaycana gözdağı vermək, Qarabağın onlara məxsus olduğunu bu yolla dünyaya çatdırmaq. Planlarının baş tutmasının qarşısını almaq üçün isə indidən hərəkətə keçmək, məsələni ali qurumlar qarşısında qaldırmaq lazımdı. Bunu etməli olan, təbii ki, AFFA-dı.
Assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxlayıb ölkənin bir nömrəli futbol qurumunun rəsmilərinin “Lernayin Artsax”ın Ermənistan çempionatında mübarizə aparmasına necə münasibət göstərdiyini, həmçinin hansı addımlar ata biləcəklərini soruşduq: “AFFA hər zaman belə məsələlərə həssas yanaşıb. Hazırda müzakirə olunan məsələ də bu baxımdan istisna deyil. Təbii ki, qeyd olunan klubun fəaliyyəti barədə AFFA-nın məlumatı var. Adı çəkilən komanda yüksək liqaya vəsiqə qazanarsa və ya avrokuboklarda çıxış etmək ehtimalı yaranarsa, AFFA müvafiq dövlət strukturları ilə müzakirələrdən sonra uyğun addımlar ata bilər”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR