Sizin reklam burada

Kin AFFA-dan yüksək maaş istəməyib

Baxış Sayı:533


“Azərbaycan yığmasında çalışmaq onun üçün zəngin təcrübə olacaq"
Roy Kinin milli komandamızın baş məşqçisi postuna namizədlər sırasında olması Britaniya mətbuatının müzakirə mövzusuna çevrilib. İrlandiyalı həmkarlarımız "Mançester Yunayted"in əfsanəsinin AFFA ilə anlaşmasını zərurətə çevirən səbəblər üzərində “gəzişib”.
Səbəblərdən biri kimi maliyyə şərtləri göstərilib. Qeyd olunub ki, irlandiyalı mütəxəssisin maliyyə tələbləri AFFA-nın ürəyincədi. 48 yaşlı çalışdırıcı üçün maddi məsələ o qədər də önəmli olmadığından, yüksək maaş istəmir. Həmçinin assosiasiya ona istər təlim-məşq toplanışları, istər səfərlər, istərsə də otellərlə bağlı ən yüksək səviyyədə şərait sözü verib. Digər səbəb odu ki, Kin baş məşqçi kimi özünü təsdiq etmək və daha yüksək səviyyəli komandaları çalışdırmaq arzusundadı və bu baxımdan yığmamızı tramplin kimi görür. Həmkarlarımız çalışdırıcının əsas məqsədinin Millətlər Liqasında uğurlu çıxış etmək olacağını vurğulayıb: "Düzdü, Azərbaycan millisi klub kimi deyil ki, istədiyin futbolçunu transfer edə biləsən. Üstəlik, beynəlxalq arenada elə də yüksək imkanları yoxdu. Lakin qalib gəlsə də, uduzsa da, Azərbaycan yığmasında çalışmaq Roy Kin üçün zəngin təcrübə olacaq".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR