Sizin reklam burada

“Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi

Baxış Sayı:530


Estoniya çemponatında 10-cu turun oyunları keçirilib. Nurlan Novruzovun formasını geydiyi “Narva Trans” səfərdə “Flora” ilə qarşılaşıb. Futbolçmuzun komandası bu oyundan məğlub ayrılıb - 1:3. Ötən görüşdə aldığı qırmızı vərəqəyə görə cəzalı duruma düşən Novruzov bu matçın iştirakçısı olmayıb. “Narva Trans” 10 komandalı çempionatda 3 xalla sonuncudu.
Latviya çempionatında 4-cü turun oyunları baş tutub. Vüqar Əsgərovun formasını geydiyi “Dauqavpils” də növbəti matçına çıxıb. Bu komanda doğma meydanda “Metta/LU” ilə qarşılaşıb və 4:2 hesablı qələbəyə sevinib. Millimizin sabiq forvardı 69-cu dəqiqədə meydana çıxıb. Cari mövsümdə bir qol vuran Əsgərov bu dəfə fərqlənə bilməsə də, 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Hesabında 6 xal olan “Dauqavpils” 10 kollektiv arasında yeddincidi.
İkinci bundesliqa təmsilçisi "Ertsgebirge"nin prezidenti Helge Leonardt komandasının başa çatan mövsümdəki çıxışını dəyərləndirib. Futbolçuların performansına da toxunan başqan milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarovu ən yaxşı oyunçularından biri adlandırıb: "Futbolçu və məşqçi heyəti birlik nümayiş etdirərək oyunlara çıxdı. Üstəlik, komandanın arxasındakı kollektiv də yaxşı iş gördü. Düşünürəm ki, qapıçımız Martin Mannel daha bir uğurlu mövsüm keçirdi. Ancaq Filipp Rise, Florian Kruqer, Klemens Fandrix, Yan Hoşheydt və Dmitri Nazarov da bu mövsüm güclü oldular. Marko Mixoyeviçin mövsümün ilk yarısındakı əla çıxışını da qeyd etməliyəm. Unutduğum başqaları məni bağışlasınlar".
"Ertsgebirge" 2019/20 mövsümünü 47 xalla 7-ci pillədə başa vurubsa, Nazarov 10 qol vurmaqla diqqəti çəkib.
İspaniya sequndasında çıxış edən “Albasete" Eddi İsrafilova görə Apellyasiya Komitəsinə müraciət edib. Klub yığmamızın 28 yaşlı yarımmüdafiəçisinin 36-cı turda "Rasinq"lə baş tutan oyunda aldığı sarı vərəqənin ləğvini istəyib. Amma bu müraciət rədd olunub. Klub 90 avro cərimələnib. "Albasete"nin baş məşqçisi Lukas Alkaras və futbolçu Dani Oyeda da “sarı”ya görə klubu eyni məbləğdə ziyana salıblar. Qeyd edək ki, "Albasete" səfərdə "Rasinq"i 2:1 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR