Sizin reklam burada

UEFA ilə məsləhətləşmələr bitib

Baxış Sayı:538


Futzal Federasiyası çempionun adını iyulun 31-dək göndərməlidi
Ölkədə idmanla bağlı bütün turnirlərin, yarışların taleyinə aydınlıq gəlsə də, futzalda qeyri-müəyyənlik davam edir. Daha doğrusu, aşağı divizionlar və ölkə kuboku dayandırılsa da, yüksək liqa haqda yekun qərar hələ də açıqlanmayıb. Son olaraq, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov qəzetimizə verdiyi açıqlamada yüksək liqanın da vaxtından əvvəl yekunlaşdırılımasıyla bağlı UEFA ilə məsləhətləşmələr aparıldığını bildirmişdi.
Dünən son vəziyyəti öyrənmək üçün Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovla əlaqə saxladıq. Qurum rəsmisi yekun qərarın bu həftə ərzində açıqlana biləcəyini dedi: "Hələ yekun qərar verilməyib. Yəqin ki, bu həftə videokonfrans formatında iclas keçirilər və yekun qərar verilər. UEFA ilə məsləhətləşmə aparılıb, onlar federasiyanın yekun qərarını tanıyacaqlarını bildiriblər. Bir sözlə, çempionatla bağlı yekun qərarı federasiya yaxın günlərdə açıqlayacaq. Çempionun adı isə iyulun 31-nə qədər federasiya tərəfindən UEFA-ya göndərməlidi".
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR