Sizin reklam burada

Aftandil Hacıyev yeniyetmələri “kötəkləyən” “Soçi”ni qınadı

Baxış Sayı:602


"Nəticə ədalətli olmadı, ümumiyyətlə, oyunun bu şəkildə keçirilməsi düzgün deyil”
Koronavirus üzündən dayandırılan Rusiya premyer-liqasının bərpasından sonra keçirilən ilk turda "Soçi" - "Rostov" oyunu geniş müzakirələrə səbəb oldu. Belə ki, oyuna bir neçə gün qalmış “Rostov”un 6 futbolçusunda koronavirus aşkarlanıb və əsas komandanın bütün üzvləri karantinə yerləşdirilib. Digər tərəfdən, oyunun təxirə salınması variantına “Soçi” mənfi cavab verib. Məcburiyyət qarşısında qalan “Rostov”, sonradan klubdan verilən açıqlamaya görə, meydana aşağı yaş qruplarının 16-19 yaşlı futbolçularını buraxmalı olub. “Soçi” isə əsasən yeniyetmələrlə oynamasına əhəmiyyət vermədən rəqib qapısına 10 qol vurub. “Rostov” bu qollardan yalnız birinə cavab verib – 10:1. Daha doğrusu, oyunda hesabı məhz qonaqlar açıb.
Qarşılaşmadan sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndi. Bəziləri "feyr-pley" qaydalarını pozduğuna görə "Soçi"ni günahlandırdısa, bəziləri də oyunun peşəkarlıq çərçivəsində baş tutduğunu dedi və belə halın baş verməsinin günahını ölkə futboluna rəhbərlik edənlərdə gördü. Bəs eyni hal bizim çempionatda yaşansaydı, necə olardı? Komandalar necə addım atardı? Bu sualı Səbail"in baş məşqçisi Aftandil Hacıyev cavabladı: "Nəticə ədalətli olmadı, ümumiyyətlə, oyunun bu şəkildə keçirilməsi düzgün deyil. "Rostov"un meydana 17 yaşlı futbolçularla çıxması "Soçi"nin təxirəsalmaya razılaşmamasına görə idi. Təbii ki, hər iki komandanın oyunda əsas heyətlə iştirak etməsi daha yaxşı və ədalətli olardı. Bu məqam oyunun müqəddəratını həll etdi. "Rostov" azarkeşləri meydana çıxan gənc futbolçuları dəstəkləməlidilər. Onlar üçün nə qədər önəmli, tarixi bir oyun olsa da, 10 qol buraxmaları psixoloji baxımdan sındırmamalıdı. Azarkeşlərin oyundan sonra o cür dəstək olmaları futbolçuları da sevindirdi".
Hacıyev "eyni halla üzləşsəydiz, hansı addımı atardız" sualını isə belə cavabladı: "Belə halların bizim çempionatda da olması mümkün idi, amma şükürlər olsun ki, AFFA düzgün qərar verdi. Baxmayaraq ki, bizim də Avropa Liqası üçün şanslarımız vardı. Amma indiki halda ölkəmizdə mövcud olan şərtlər altında oynamaq mümkün deyildi. Belə bir şey bizdə olsaydı, nə edərdik? Bu haqda fikir bildirmək mənə çətindi. Çünki heç vaxt belə halla rastlaşmaq istəməzdim".
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR