Sizin reklam burada

Slavik “Sabah”ı seçdi

Müəllif: football Tarix: 29-06-2020, 09:06 580 Baxış

Mövsümün əvvəlində qarşısına qoyulan avrokubok hədəfinə çata bilməyən “Sabah” indi də növbəti çempionat üçün planlarını qurur. Vadim Abdullayevlə Kərim Diniyev yola salınıb, Marko Deviç karyerasını bitirdiyini açıqlayıb, “Qəbələ”dən Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmli komandaya cəlb olunub.
Dünən isə daha bir futbolçu ilə müqavilə bağlandı. Bu, son 4 ili “Keşlə”nin heyətində keçirən və bir neçə gün öncə “qırmızılar”ın düşərgəsini tərk edən Slavik Alxasovdu. Cinah yarımmüdafiəçisiylə “Neftçi” də yaxından maraqlanırdı. Görünür, “tələbələr”in şərtləri və göstərdiyi maraq futbolçuya daha isti gəlib. Slavik “Sabah”la “2+1” şərti əsasında anlaşıb. Alxasovla Təmkin Xəlilzadənin müdafiənin sol cinahındakı rəqabətini maraqla gözləməyə dəyər.
Maraq üçün qerd edək ki, Slavik 2011-13 və 2013-16-cı illər aralığında “Sumqayıt”ın şərəfini qoruyub. 2014-də qısa müddətdə “Xəzər Lənkəran”ın da formasını geyib.
HƏBİB
SON XƏBƏRLƏR