Sizin reklam burada

Prezident Aynur Sofiyevanı təltif etdi

Baxış Sayı:1 023


Prezident İlham Əliyev Aynur Sofiyevanı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 1970-ci il iyulun 19-da Qax şəhərində anadan olan şahmat yığmamızın sabiq üzvü Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Adı çəkilən təhsil ocağında hüquqşünas ixtisası üzrə də təhsil alıb. 1998-2000-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparıcı, daha sonra baş hüquq məsləhətçisi vəzifələrində çalışıb. Milli Məclisinin deputatı olub.
Şahmatçı kimi 16 yaşında qızlar arasında SSRİ çempionu, 20 yaşında tələbələr arasında dünya çempionu (2 qızıl medal), 20 yaşadək qızlar arasında isə mundialın gümüş medalçısı olub. 1993-də yığmanın heyətində 26 yaşadək gənclər arasında dünya çempionatının gümüş medal qazanıb, beynəlxalq turnirlərin qalibidi. 1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, islam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını qazanıb. 2002-07-ci illərdə Şahmat Federasiyasının prezidenti olub. 2007-cı ilin martından etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışır.
Hazırda AFFA-nın texniki direktoru Bernard Lippertin müavini vəzifəsində çalışan Yunis Hüseynovun həyat yoldaşıdı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR