Sizin reklam burada

“Sumqayıt”ın sabiq çalışdırıcıları tarixi ilki dəyərləndirdilər

Baxış Sayı:532


Samir Abasov: “Komanda haqlı olaraq avrokuboklarda mübarizə aparacaq”
Koronavirus pandemiyası üzündən Azərbaycan premyer-liqası dayandırıldığına görə avrokuboklara yollanacaq klublar turnir cədvəlindəki indiki duruma əsasən müəyyənləşdi. “Qarabağ” Çempionlar Liqasında, “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə Avropa Liqasında mübarizə aparacaq. “Sumqayıt” bununla tarixi ilkə imza atacaq. Belə ki, klub ilk dəfə avrokuboklarda çıxış edəcək.
Bununla bağlı fikirlərini və komandadan Avropa Liqasında gözləntilərini öyrənmək üçün sabiq baş məşqçilərin fikirlərini öyrəndik.
Samir Abasov: “Mənə və mənim kimi sumqayıtlılara qalan bu uğura sevinmək və klubu təbrik etməkdi. Artıq onları bu uğur münasibəti ilə təbrik etmişəm. Düşünürəm ki, komanda haqlı olaraq avrokuboklarda mübarizə aparacaq. Hərçənd bəziləri bunun sırf yaranan şəraitlə bağlı olduğunu düşünürlər. Amma ən azı düşünmək lazımdı ki, bu gün “Sumqayıt” 4-cü yerdədisə, deməli, bu şansa sahib idi və bunu haqq edir. Komandadan Avropa Liqasında gözləntilərimə gəlincə, indi bu suala cavab vermək çətindi. Ən azı hazırkı heyətin qalacaq-qalmayacağını bilmirik. Yeni futbolçuların gəlib-gəlməyəcəyi, hazırkı vəziyyətlə bağlı turnirə necə hazırlaşacaqları da dəqiq deyil. Yalnız bu məsələlər yoluna qoyulandan sonra nəsə demək olar”.
Aqil Məmmədov: “Mən də bir “Sumqayıt” veteranı kimi klubu və bütün azarkeşləri təbrik edirəm. Komandaya Avropa Liqasında uğurlar arzulayıram. Hazırkı heyətə inanıram, hətta legionerlər olmasa belə, inanıram ki, bu futbolçular Avropa Liqasında var gücləri ilə mübarizə aparacaqlar”.
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR