Sizin reklam burada

“Sabah” “köhnələrdən” ikisini göndərdi

Title

Çempionatın ləğvi ilə bağlı verilən qərardan sonra klub saytlarını “filan futbolçu getdi, filan futbolçu gəldi” tipli xəbərlər “bəzəyəcək”. Bu yöndə ilk addımı dünən “Sabah” atdı.
Jelko Sopiçin gəlişindən sonra mövsümün sonunda bir neçə futbolçu ilə yolların ayrılacağı gözlənilən idi. Həmin futbolçulardan iksinin adına aydınlıq gəlib. Bunlar Kərim Diniyevlə Vadim Abdullayevdi. Hər iki futbolçu ilə müddəti başa çatan müqavilə yenilənməyib. “Sabah” rəhbərliyi futbolçulara çəkdikləri əziyyətə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Maraq üçün qeyd edək ki, həm Kərim, həm də Vadim “Sabah” premyer-liqaya yüksələn vaxtdan, 2018-in yayından komandanın şərəfini qoruyurdu.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.