Sizin reklam burada

Yardımlı İdman Kompleksinin açılışı olub

Baxış Sayı:421


Yardımlı rayonunda İdman Kompleksinin açılışı olub. Dünən baş tutan açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və başqa rəsmilər iştirak edib. AGİN-in sifarişi ilə 2013-cü ilin iyununda tikintisinə başlanılan Yardımlı İdman Kompleksi Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində inşa edilib. Baş plana əsasən tikilən bina və qurğular bunlardı: mini-futbol meydançası, voleybol-basketbol meydançası, açıq meydançalara xidmət edən paltardəyişmə, duş, sanitar qovşaqdan ibarət bina, transformator yarımstansiyası, qazanxana binası, nasosxana, 2 ədəd içməli və yanğın su anbarı, çirkab su anbarı. Binalar müasir idman avadanlıqları, inventarlar, ləvazimat və mebellərlə təchiz edilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR