Sizin reklam burada

“Neftçi” “Qarabağ”ın çempion elan olunmasına etiraz etməyib

Baxış Sayı:500


Koronavirus pandemiyasına görə dayandırılan premyer-liqanın başa çatdırılması barədə qərar “Qarabağ”ın ardıcıl 7-ci, tarixdə 8-ci dəfə çempion olmasını rəsmiləşdirib. Bununla da Ağdam təmsilçisi ölkə rekordunu təkrarlayıb. Bunadək 1992-ci ildən keçirilən çempionatların rekordçusu “Neftçi” idi. Ölkənin ən titullu klubu 8 çempionluq yaşayıb. “Qarabağ” bakılıların bu göstəricisini təkrarlayıb. Çempionluq sayında 3-cü pillədə “Kəpəz”di. Qərblilər”in 3 çempionluğu var. Qeyd edək ki, indiyədək 8 komanda Azərbaycan çempionatının qızıl medallarına yiyələnib.
Bizim kimi, Avropanın bir neçə ölkəsində, daha dəqiq desək, 9-da pandemiya səbəbindən çempionata yarımçıq nöqtə qoyulub ki, onlardan biri də Niderlanddı. Klubların etirazından sonra federasiya nə çempionu, nə də mükafatçıları elan etdi. Sadəcə, hər komanda tutduğu pilləyə uyğun olaraq avrokuboklarda iştirak edəcək. Yəni “Ayaks”ın çempionluq sayına daha biri əlavə olunmayacaq. Ölkənin ən köklü klubu olan “Neftçi” də əzəli rəqibinin çempionluq sayında ona çatmasına imkan verməmək, prinsipiallığı qorumaq naminə ən azı klubun İcraiyyə Komitəsindəki təmsilçisi vasitəsi ilə ali orqanın iclasında bu məsələni qaldıra bilərdi. Ancaq görünən odu ki, 83 yaşlı klub bu addımı atmaq istəməyib. Niyə?
Bu sualın cavabını klubun mətbuat katibi Rüstəm Allahverdiyevdən öyrənməyi lazım bildik: Qəbələ” ilə yoxlama görüşündən sonra təşkil olunan mətbuat konfransında da demişik ki, hansı qərar qəbul olunsa, onunla razılaşacağıq. Bu gün (dünən) qərar rəsmən açıqlandı və biz də buna hörmətlə yanaşırıq. İcraiyyə Komitəsində klubumuzu Vaqif Sadıqov təmsil edir. Yəqin ki, komitə üzvləri Əsasnaməyə uyğun bu addımı atıblar. İcraiyyə Komitəsi futbolumuzun ali qurumudu. Onların qəbul etdiyi qərarlara hamı hörmətlə yanaşır”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR