AFFA “UEFA-nın Klubların Lisenziyalaşdırılması və “maliyyə feyr-pleyi” qaydalarının tələblərinə uyğun olaraq, “Sabah” ilə bağlı müstəsna prosedurun tətbiq olunmasına dair UEFA-ya müraciət edib. Avropa futbol qurumu müraciətə baxılması üçün prosesə başlayaraq, həm AFFA, həm də “Sabah”ın müvafiq sənədləri toplamalarını və vaxtında UEFA-ya təqdim etmələrini istəyib. UEFA təqdim olunan sənədləri araşdırdıqdan sonra müsbət qiymətləndirildiyini bildirərək, bunula bağlı qərar qəbul edib və komandaya avrokuboklarda iştirak icazəsi verilib. Qeyd edək ki, UEFA-nın Klubların Lisenziyalaşdırılması və “maliyyə feyr-pleyi” qaydalarında əks olunan tələbə əsasən, UEFA-nın klub yarışlarında iştirak edən klublar müvafiq lisenziya əldə etməlidi. UEFA lisenziyasının alınması üçün klublar qaydalarda göstərilən bütün mütləq meyarlara cavab verməlidi. Qaydalardan biri “3 illik üzvlük qaydası” adlanır. Həmin qaydaya əsasən lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməli və daxili yarışlarda iştirak etməlidi.