Premyer-liqanın bərpasına tərəfdardılar
Vaqif Sadıqov: “Bütün bunlar yaxın günlərdə İcraiyyə Komitəsinin iclasında müzakirə ediləcək”
Şahin Diniyev: “Mövsümün Qəbələdə davam etdirilməsi ideal varianlardan biridi”

Premyer-liqanın gələcəyi hələ də bəlli deyil. Rəsmi olaraq iyunun 21-də başlayacağı açıqlansa da, ölkədə koronavirus infeksiyasının artması və həftəsonu sərt karantin rejiminin tətbiq edilməsi çempionatın gələcəyini yenidən təhlükəyə atıb. Hazırda mövsümün davam edib-etməyəcəyi bəlirsizliyini qoruyur. Üstəlik, yaşananları nəzərdən keçirsək, mövsümün ləğv ediləcəyi daha real görünür. Bütün Avropa hər şeyi yoluna qoyub, futbola qayıtdığı vaxtda biz yenə həmişəki kimi tərsinə gedirik. Ölkə futbolunun başı üstündə yenə qara buludlar, çarəsizlik sindromu dolaşır. Bərpası çətin görünməyən bir turniri belə duruma gətirmək xüsusi bacarıq tələb edərdi ki, onu da bacardıq. Yavaş-yavaş, göz görə-görə mövsümü ləğv edəcəklər. İnsan sağlamlığıymış. Sən demə, Almaniyada, Türkiyədə, İspaniyada insanların həyatı önəmli deyilmiş. Yaxın vaxta qədər hər gün 300-dən çox insanın öldüyü İtaliya belə futbol mövsümünü bərpa etdi. Bəs biz? Biz nə edirik? Hələ də ortadayıq. Heç cəhd də etmirik. Sonra da azərbaycanlı futbolsevərlər “bizdə futbol var?” deyəndə, əsəbləşirik ki, gedib başqa ölkələrin çempionatlarına baxırlar. Nə etsinlər, boş tribunalar önündə olan futbolu belə davam etdirə bilməyənlərin keçirdiyi çempionata baxsınlar? Hələ yaxşı ki, ölkəboyu gedən çempionatımız yoxdu. Minlərlə azarkeşi olan, rəqabətli. İndiyə çoxdan ləğv etmişdik. Ki, oynadığınız bəsdi.
Açığı, heç vaxt futbol başbilənlərimizin bu oyunu ciddiyə aldıqlarını düşünməmişəm. Nə qədər peşəkar kimi görünsələr də, heç cür alınmır. Çünki futbol haqda hər mövzuda xaos yaşayırıq. İndi də sırada koronavirusla bağlı qeyri-müəyyənlikdi. Operativ Qərargahın qərarlarını heç kim bəhanə etməsin. Futbolun olmasını istəyənlər çoxdan onlarla müzakirələrə başlayıb, çempionatı davam etdirərdilər. Bütün klublar koronavirus testindən keçiblər, nəticələr də bəllidi. Kütləvi azarkeş yox, bölgəyə getmək lazım deyil. Sağlamlığa təhlükə hardadı bizim futbolda? Sadəcə, cəhd etmək, istəmək lazımdı. Üstəlik, bütün futbolçular da oynamaq istəyirlər. Yaşananlarla bağlı müxtəlif fikirlər ortaya qoymaq olar. Ancaq bizimlə yanaşı, mütəxəssilərin də mövqeyi önəmlidi. Çempionatın gələcəyi barədə Vaqif Sadıqov və Şahin Diniyevlə danışdıq. Hər iki futbol adamı idman prinsipləri baxımından mövsümün bərpa olunmasını istəsələr də, hər şeyin nəzərə alınmalı olduğunu da vurğuladılar.
Vaqif Sadıqov: “Bu gün çempionatın bərpasının yolları axtarılır. Bununla bağlı qərar da verilmişdi ki, iyunun 21-də premyer-liqa davam edəcək. Ancaq sonra karantin rejimi sərtləşdirildi. Bu səbəbdən müəyyən problemlərlə üzləşirik. Hər birimiz çempionatın bərpasının tərəfdarıyıq. İdman prinsiplərini nəzərə almalıyıq. İstəyirik ki, çempionumuz da, avrokuboklara vəsiqə qazanan komandalarımız da meydanda bəlli olsun. Ancaq dövlət sərt qərarlar qəbul etsə və bunun çempionatın keçirilməsinə təsiri olsa, o zaman son variant kimi mövsümün ləğvi müzakirə oluna bilər. Biz futbolun içində olan adamlarıq, davam etməsinin tərəfdarıyıq. Lakin hazırkı vəziyyətdə məşq etmək belə idmançı sağlamlığı üçün təhlükə yarada bilər. Üstəlik, oyunçuların zədə riski də davam edir. Çünki vaxt azlığı futbolçulara tam şəkildə hazırlaşmağa imkan vermir. Mən AFFA-nın məsələ ilə bağlı dövlətə xüsusi müraciət edəcəyindən xəbərdar deyiləm. Dövlət bu məsələdə tövsiyələrini verir, biz yox. Onların qərarları əsasında biz qaydalar tətbiq edirik. Tövsiyələr bizə dövlətdən gəlməlidi. Hamı insanların sağlamlığını hər şeydən üstün tutur. Yenə deyirəm, çempionatın bərpasının tərəfdarıyıq, nə vaxt durum böhran həddinə çatarsa, yalnız o zaman mövsümün ləğvi ola bilər. Biz iyunun 21-də çempionatın davam edəcəyini demişik. İyunun 19-20-si evdən çıxmağa qadağa tətbiq edilsə, mövsüm necə davam edəcək? Özünüz fikirləşin, iki gün evdən çölə çıxa bilməyən oyunçu necə sərt mübarizəyə qoşula bilər? Mən bu gün də ayrı-ayrı variantlar təklif edirəm. Bəlkə həmin vaxtı bir az geri və ya irəli çəkib başlamaq olar. Ancaq ondan sonra nə olacaq? Ayın 26-da bayramdı. Qərar necə olacaq, yenə evdə qalacağıq? Bunları bilmirik axı. Amma iyunun 26-da bizdə fasilədən sonra ikinci turun oyunları baş tutmalıdı. Üstəlik, karantinin müddəti uzadılır. “Sabah” və “Səbail”in Qəbələdə bu komanda ilə səfər oyunu var. Bu komandalar Qəbələyə necə yollanacaq? Bir tərəfdən də UEFA avqustda çempionatın tamamlanmasını istəyir. Biz iki gündən bir oyun keçirə bilmərik. Futbolçular buna dözə bilər? Bütün bunlar yaxın günlərdə İcraiyyə Komitəsinin iclasında müzakirə ediləcək. Və yalnız son variant kimi çempionatın ləğvi gündəmə gələcək”.
Şahin Diniyev: “Çempionatın davam və ya ləğv edilməsi qərarının hansının ideal olduğunu cavablamaq çətindi. Futbol adamı kimi mövsümün davam etməsini istəyirik. Ancaq o zaman da belə bir sual ortaya çıxır: bu vəziyyətdə, havaların isti olması, karantinin uzadılması, çempionata hazırlaşmaq üçün oyunçulara az vaxt verilməsini nəzərə alanda mövsümün davam etməsi nə qədər lazımdı? Hərənin öz fikir var. Ancaq məncə, bərpa olunması lazımdı. Bununla bağlı fərqli fikir bildirənləri də qınamıram. Onlar da deyə bilər ki, sağlamlıq məsələsi, havaların isti olması və sair var. Buna da hörmətlə yanaşıram. Yenə də bütün çətinliyə rəğmən, mövsüm bərpa olunmalıdı. Çünki bizdə kubokun qalibi bəlli deyil, 4-cü yerin sahibi bilinmir. Ləğv etməklə idman prinsiplərindən kənara çıxacağıq. Üstəlik, futbolçular da oynamaq istəyirlər. Çətin də olsa, bu addımı atmaq olar. Əksini söyləyənlər də olacaq, onlara heç nə deyə bilmərəm. Qarşılaşmaları axşam saatlarına salmaqla bacara bilərik. Lakin unutmayaq ki, avqustun əvvəlində çempionat bitməlidi. UEFA bunu tələb edir. Burda AFFA hər şeyi düşünüb qərar verməlidi. Mövsümün Qəbələdə davam etdirilməsi ideal varianlardan biridi. Onsuz da oyunlar azrakeşsiz keçiriləcək. Amma burda klubları da düşünmək lazımdı. Görək gedib Qəbələdə qalmağa, orda məskunlaşmğa maddi imkanları varmı? Oyunçular buna hazırdımı? Oyundan sonra evə gedib-gəlməmələri problem yarada bilər. Ancaq yenə də mövsüm Qəbələdə davam edə bilər. Orda karantin də yoxdu, havalar da münasibdi”.
HƏSƏN

Son xəbərlər

Ronaldo "Barselona"ya keçə bilər - Müzakirə edildi

Bugün Çempionlar Liqasında 8 oyun keçiriləcək

Eşli Yanq komandada qaldı

"Mançester Yunayted" Ronaldonu satmaq üçün bu şərti qoydu

İsrail klubunun futbolçusu Azərbaycanda

PSJ yeni hücumçu transfer edir

"Polşaya qayıda bildiyimə görə sevindim" - Marko Veşoviç

"Yuventus" futbolçusunu satdı

Super Liqada mövsümün püşkü atıldı

Premyer-liqa klubunda yeni müqavilə

Teymur Rəcəbov son görüşdə qələbə qazandı

"Çox çətin olacaq" - Qurban Qurbanov

"Trabzonspor" premyer-liqa klubundan futbolçu transfer etdi

“Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi" - Rəhman Hacıyev

"Marsel"in yeni baş məşqçisi məlum oldu

"Lex" "Qarabağ" kimi komandalardan qorxmamalıdı" - Jezniçak

Dadaşov "Vulverhempton"la məşqlərə başladı

"Burada yaxşı qollar vurmuşam" - Ağabala Ramazanov

"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu heyətinə qatdı

"Barselona"növbəti transferini açıqladı

Elmar Baxşıyev “Fehervar”la bağlı ətraflı bilgiyə malik deyil - MÜSAHİBƏ

Kataloniyalılar La Liqaya ...itlə gəlir

Bu məqam "Qarabağ"ın oyununa gələn azarkeşlərin sayına təsir edə bilər? - AÇIQLAMA

Elnur Allahverdiyev: "Qarabağ”ın olduğu yerdə “Neftçi”nin ikinci pillədə qərarlaşması yaxşıdı” - MÜSAHİBƏ

"İndi daha güclüyük" - "Lex"in kapitanı

"Çempionlar Liqasında zəif məşqçi yoxdu" - "Lex"in baş məşqçisi

Ten Haq Ferqyusonun yolu ilə gedir

Tofiq Bəhramovun ruhu şad oldumu? - KÖŞƏ

"Zirə"də növbəti ayrılıq

Həvəskarlar arasında turnir keçirilir

"Neftçi" daha bir israilli futbolçunu transfer edir - İDDİA

Premyer-liqa klubu qazax və avstriyalı futbolçunu baxışa dəvət edib - ÖZƏL

"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Sumqayıt" yeni transferinin müqaviləsinin detallarını açıqladı

"İdman saytları olduqca fəaldırlar" - MEDİA-nın icraçı direktoru

Emil Balayevin Qazaxıstan macərası alınmadı

Daha bir rumın mütəxəssis Azərbaycana gəldi

AFFA "Zirə"nin şikayətini təmin etmədi

Çempionlar Liqasında Azərbaycan təmsilçisi bu klubla qarşılaşmayacaq

"Neftçi" gürcüstanlı müdafiəçinin müqaviləsinin detallarını açıqladı

Bu futbolçu "Sumqayıt"ın tarixinə düşdü

"Feyenoord"un sabiq üzvü Azərbaycan klubunun hədəfində

Millimiz Belarusda hazırlıq keçəcək

Azərbaycan klubu məşqə çıxan futbolçular üçün qurban kəsdi - VİDEO

"Qarabağ"ın oyununda anşlaq olacaq

Bütün xəbərlər