Sizin reklam burada

Yığmanın baş məqşçi məsələsi avqustda aktuallaşacaq

Baxış Sayı:1 031

Yığmanın baş məqşçi məsələsi avqustda aktuallaşacaq
Firuz Abdulla: “İndiki vəziyyətdə danışıqlarda intensivlik yoxdu”
Koronavirus pandemiyasının ölkə büdcəsinə vurduğu zərərin futboldan da yan keçməyəcəyi gün kimi aydındı. Əsasən insanların sağlamlığını düşünən və buna görə də büdcənin “ağzını açan” ölkə rəhbərliyi cari il üçün idman oyunlarına və yarışlara, eləcə də əcnəbilərə verilən maaşlara qənaət olunmasını tapşırıb. Artıq bu yöndə müəyyən addımlar atılmaqdadı, zamanla davamı da gələcək.
Lakin AFFA-nın icraçı vitse-prezidenti, həm də baş katibi olan Elxan Məmmədov iyunun 1-də “CBC Sport”un efirindəki çıxışı zamanı yığmanın yeni baş məşqçisinin əcnəbi olacağına da mesaj verdi. Danışıqların aparıldığını dedi, məsələyə avqustda nöqtə qoyulacağını gizlətmədi. Ancaq söhbətin hansı məşqçilərdən, hansı millətin nümayəndələrindən getdiyini demədi. Maraqlıdı ki, o gündən bu yana bu mövzuda yenilik yoxdu, hansısa açıqlamaya rast gəlmirik. Odu ki, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə söhbətdə yeniliyin olub-olmadığını soruşduq: “Düz qeyd edirsiz, ötən həftə Elxan Məmmədov “CBC Sport”un efirində qonaq olanda bu mövzuya toxunmuş, namizəd məşqçilərlə əlaqə saxlanıldığını demişdi. Lakin bu o demək deyil ki, məsələ bu dəqiqə həll olunmalıdı. Danışıqların bərpası ilə bağlı intensivlik avqusta nəzərdə tutulub. Məlum vəziyyətlə bağlı çempionat dayandırılıb, beynəlxalq turnirlər keçirilmir. İstənilən halda namizəd sayılan məşqçilərlə danışılır, fikir mübadiləsi aparılır. Sadəcə, indiki vəziyyətdə danışıqlarda intensivlilik yoxdu”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR