Sizin reklam burada

“CBC Sport”un şərhçisindən sərt mesaj

Baxış Sayı:699

“CBC Sport”un şərhçisindən sərt mesaj
“Bir daha əmin oluram ki, bu ölkədə futbol ən axırıncı məsələlərdən biridi”
“CBC Sport”un tanınan şərhçisi Elnur Məmmədli “feysbuk” hesabında son günlərin aktual mövzusu ilə bağlı paylaşım edib: “II Dünya Müharibəsinin qızğın vaxtında - 1942-ci il avqustun 6-da almanlar tərəfindən işğal olunmuş Kiyevdə futbol matçı keçirilib. Tarixə "ölüm oyunu" kimi düşən görüşdə alman hərbiçilərlə ukraynalı futbolçular üz-üzə gəlib.
2020-ci ildə azərbaycanlı bəzi məşqçilər, futbolçular, rəsmilər deyir ki, çempionatı bərpa etmək doğru olmaz, hava istidi, virus və s. Bir daha əmin oluram ki, bu ölkədə futbol ən axırıncı məsələlərdən biridi. İdman isə daha çox 4 ildən bir - Olimpiya Oyunlarında təbliğat üçün yada düşür”.
Həmkarımızın fikirlərinə əsasən şərik olmaqla yanaşı, xatırladırıq ki, onun dediyi oyunda yerli komanda – “Start” ilə almanlardan qurulan “Flakelf” qarşılaşıb. Meydan sahiblərinin heyətində əsasən Kiyev “Dinamo”sunun sabiq oyunçuları görünsələd də, Kiyev “Lokomotiv”i ilə Odessa “Spartak”ından da futbolçular olub. 5:3 hesabıyla qalib gələn ukraynalı futbolçulardan bir neçəsinin yolu tezliklə əsir düşərgəsindən keçib, bəziləri isə güllələnib. Elə buna görə də həmin avqust qarşılaşmasına “ölüm oyunu” deyirlər.
ORXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR