Sərlövhəyə çıxarılan suala elə dərhal da cavab vermək olar: heç kimə! “Futbol+”in daimi oxucuları futbolsuz qaldığımız günlərdə qəzetdə dərc olunan, saytda yer alan yazıların məzmunundan xəbərdardı. Biz həmişə mövsümün davam etdirilməsinin, qaliblərin AFFA-nın binasında yox, yaşıl meydanlarda müəyyənləşməsinin tərəfdarı olmuşuq. Amma arzularla reallıq heç də həmişə üst-üstə düşmür. Nazirlər Kabineti yanında Operativ Qərargah çərşənbə axşamı növbəti brifinqini keçirdi və bazar günü, bazar ertəsi üçün qadağaları açıqladı. Xoş olan məqam budu ki, ölkə üçgünlük sərt karantin yaşamayacaq. Yəni şənbə günü hər kəs sərbəst şəkildə gəzə-dolaşa, komandalar məşqə çıxa bilər. Ardından iki gün yenə həyat donacaq. Ölkənin həyatı ilə bağlı bu reallıq futbol təsərrüfatına da ciddi təsir göstərir və göstərəcək.
Son günlərdə bir neçə komandanın Qəbələdə toplanış keçəcəyi, yoldaşlıq oyunlarına çıxacağı haqda xəbərlərin məntiqi əsası var. Axı Bakı, Gəncə, Lənkəran və Sumqayıtın sırasına Yevlax, İsmayıllı, Kürdəmir və Salyan da əlavə olunub. Sonda adı çəkilən şəhər və rayonların elitada təmsilçisi yoxdu deyə, futbol baxımından həyəcan keçirməyə dəyməz. Bununla belə, komandaların böyük əksəriyyətinin qərarlaşdığı Abşeron yarımadası daha iki gün həyata bağlanacaq, avtomatik futbol da donacaq.
Əslində xüsusi karantin rejimiminin vaxtının iyulun 1-nə qədər uzadılması artıq futbola böyük zərbədi. Yenə adamların respublika ərazisində hərəkətinə qadağa qoyulub, bir yerdə toplaşmasına, toy və yas mərasimlərinin kütləvi şəkildə keçirilməsinə icazə verilmir. Belə məqamda futbolu müzakirə mövzusuna çevirmək, ölkədaxili yarışların taleyinə görə narahat olmaq bəlkə də kimlərəsə artıq görünür. Əvvəl yazmışdım, indi bir daha vurğulayıram: xüsusi karantin rejiminin qaldığı hər gün çempionat və kubok oyunlarının ləğvini tələb edənlərin mövqeyini gücləndirir, əlinə əsas verir. Çox təəssüf ki, Avropa koronavirusdan qurtulmağa başladığı dönəmdə biz ölkə və millət olaraq, girdaba yuvarlanırıq və çıxış yolu da görünmür.
Halbuki Azərbaycan daxili yarışları bitirmək baxımından ən yaxşı imkana malik idi. Amma karantin rejimi uzandıqca uzandı, futbol ətrafında qeyri-müəyyənlik davam etdi və faktiki, nəticə etibarı ilə ən çətin durumla üzləşən ölkələr sırasına düşdük. Hər həftə klubların iki gününün “oğurlanması” o deməkdi ki, oyunlara normal şəkildə hazırlaşmaq, bərpa, uyğunlaşma, yoldaşlıq oyunları mərhələlərini növbələmək mümkün olmayacaq. PFL isə hazırda ən çətin durumda olan qurumdu. Bir tərəfdən hökumətin qərarlarından kənarda fəaliyyət göstərmək imkanı yoxdu, digər tərəfdən hər ötən gün qurumun ziyanına işləyir və seytnota düşəcəyi gün uzaqda deyil
Artıq mövsümün ləğvini, turnir cədvəlindəki indiki duruma əsasən avrokubok iştirakçılarının müəyyənləşməsini tələb edənlərin də mövqeyi aydındı. Bu tələblərin həm yarış, həm də meydandankənar əsaslarını tapmaq mümkündü. Sirr deyil ki, Azərbaycandan da böyük futbol ölkələri artıq fors-major durumu nəzərə alaraq, çempionatına yekun vurub və avrokubok iştirakçılarını müəyyənləşdirib. Həmin ölkələrdə münaqişənin bundan sonra hansı axar üzrə inkişaf edəcəyi, vətəndaş məhkəmələrinin futbola müdaxilə edib-etməyəcəyi başqa məsələdi. Fakt budu ki, mövsümü vaxtından əvvəl bitirən ölkələr və bu durumla barışan futbol ictimaiyyəti var. Bizdəki durum normal idi və həftəsonu qadağaları olmasaydı, futbol mövsümünü vaxtından əvvəl bitirmək mümkün olacaqdı. Amma ardıcıl 2-ci həftə tətbiq olunacaq qadağalar PFL-in manevr imkanlarını daraldır. Mənə elə gəlir ki, durumun AFFA, PFL səviyyəsində ciddi müzakirəsinə ehtiyac var. Təqvimə yenidən baxmaq olar, Avropanın bəzi ölkələrinin təcrübəsindən yararlanıb, hətta yeni format da müəyyənləşdirmək mümkündü. Amma şərtlər necə olur-olsun, mövsümü normal qaydada bitirmək yolunda cəhdləri davam etdirmək lazımdı. Mövsümün ləğvi heç kimə lazım deyil və yeni qalmaqalların əsasını qoyacaq.
ORXAN

Son xəbərlər

Zaniolo "Tottenhem"ə keçmədi

Dadaşovun bərabərlik qolu - VİDEO

Renat Dadaşov komandasını məğlubiyyətdən xilas etdi

Baneqa La Liqa yolunda

Abakarov gümüş medal qazandı - KONYA-2021

"Sumqayıt"dan yeni transfer

"Növbəti mərhələyə adlasaq, hər cür söz verəcəm" - Laurentsiu Regekampf

İdmançılarımızdan daha iki medal - KONYA-2021

“Bizi çətin oyun gözləyir” - Yusuf Laval

Güləşçilərimizdən 3 qızıl medal - KONYA-2021

"Neftçi" ilə oyun maraqlı olacaq" - Patrik Qrayl

"Neftçi"nin özünəməxsus oyun tərzi var" - "Rapid"in baş məşqçisi

Millimizdən 5-ci medal - KONYA-2021

"Neftçi"dən azarkeşlərə müraciət

"İnter"dən "Sassuolo"ya

"Nyukasl" "Çelsi"nin futbolçusunu istəyir

"Qəbələ"dən növbəti transfer

Mariya Stadnik finalda

Leyla Əliyeva güləşçilərimizin çıxışlarını izləyir

PSV-nin futbolçusu "Mançester Yunayted"ə keçə bilər

Hacı Əliyev gümüş medalı təmin etdi

Millimiz Əfqanıstana qalib gəldi

"Neftçi" səfər oyunlarında problem yaşayır" - "Rapid"in baş məşqçisi

"Heyətimizə əsasən gənclər dəvət olunub" - Millimizin üzvü

"Qarabağ" - "Viktoriya" matçının vaxtı açıqlandı

"Qarabağ"ın qələbəsində gözlənilməz heç nə yoxdu" - Yuri Syomin

FFF Qaltyenin PSJ ilə müqaviləsini tanımadı

İngiltərə premyer-liqasının ilk turunda qeydə alınan maraqlı faktlar

“Real”dan “Jirona”ya keçdi

Silva Barselonada ev axtarır

“Napoli” Ruisi də itirir

"Qarabağ"ın rəqibi pleyy-offa belə yüksəldi - VİDEO

Millimiz oynamadan qələbə qazandı - İslam Oyunları

Sahil Babayev boks millisinin üzvləri ilə görüşdü - FOTOLAR

"Misli" ilə PFL arasında müqavilə imzalandı

Kadi Borges bu göstəricidə birincidi - Çempionlar Liqası

“Ayntraxt”ın ilk, “Real”ın 8-ci cəhdi - YENİLƏNİR

"Daha çox "Ferentsvaroş"la oynamaq istəyirdim" - "Viktoriya"nın baş məşqçisi

"Qarabağ" bu göstəricilərlə ÇL-də birincidi - Statistika

"Belə tez dağılmamalı idik" - "Ferentsvaroş"un futbolçusu

"Neftçi" Avstriyaya yola düşdü

"Hələ Çempionlar Liqasında oynamağa hazır deyilik" - "Ferentsvaroş"un futbolçusu

"Qarabağ"ın qələbəsi Azərbaycanın xalını artırdı

"Rəqibin yaxşı imkanları var idi" - Zubir

Qurban Qurbanov: "Çexiya klubları çox intizamlı olurlar" - MÜSAHİBƏ

Bütün xəbərlər