Sizin reklam burada

Nadir Qasımov da koronavirusa yoluxub

Baxış Sayı:416


“Artıq mühit məni sıxır, buna alışmamışam”
Son günlərdə ölkə ərazisində koronavirusa yoluxma halları sürətlə artır. Bir neçə gün öncə məlum oldu ki, bu virusla mübarizə aparanlardan biri də futbol ictimaiyyətinin üzvüdü. Tanınmış mütəxəssis, müxtəlif yaş qrupları üzrə milli komandalarda çalışan Nadir Qasımov da koronavirusa yoluxub. Xəstəxanaya yerləşdirilən 69 yaşlı mütəxəssis müalicəsini davam etdirdiyini söylədi: “Hamısına təşəkkür edirəm, həkimlər çox əziyyət çəkirlər, sağ olsunlar. Xəstəxanada mənə çox yaxşı baxırlar. Artıq özümdə heç nə hiss etmirəm. İki gündü temperaturum yoxdu, öskürək də təmizlənib. Bunlar məndə elə də çox olmayıb. İnanıram ki, yaxın günlərdə evə buraxacaqlar. Mən qanuna riayət edən adamam. Özüm hiss etdim ki, temperaturum artıb. 103-ə zəng etdim, baxdılar və nümunə götürdülər. Bir gündən sonra bilindi ki, koronavirusa yoluxmuşam. Həmin gün də təcili yardım gəldi və məni Mərkəzi Neftçilər Xəstəxanasına gətirdi. Artıq 8 gündü burdayam. Lazım olan hər şeyi edirlər. AFFA-dan da daim əlaqə saxlayır, vəziyyətimi soruşurlar. Assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov, Veteranlar İttifaqının sədri Oqtay Abdullayev, Ağasəlim Mircavadov, Vaqif Sadıqov və başqaları mənimlə maraqlanır. İnanıram ki, bu yaxınlarda evə getməyə icazə verəcəklər. Hazırda müsbət qərar gözləyirəm, həkimlərə əmr verə bilmərəm. Amma özləri də görür ki, bütün tələblərə əməl edirəm. Dərmanları vaxtında qəbul edirəm. Sağlıq olsun, necə alınacağını görəcəyik. Hazırda həkimlər otaqları gəzir və xəstələrə baxırlar. Bəlkə mənə də yaxınlaşdılar. Çox xahiş etdim ki, bu gün yenə test götürsünlər, nəticəyə baxaq. Özümə də maraqlıdı. Üç gün evdə, 8 gün burda olmuşam. Mənə müntəzəm olaraq yaxşı baxdılar. Hər gün sistemlər, dərmanlar qəbul etdim. Artıq mühit məni sıxır, buna alışmamışam. Həmişə sərbəst olmuşam, amma burda sərbəstlik yoxdu, hərəkət məhduddu. Görək nə deyirlər. Mən xalqıma müraciət etmək istəyirəm. Hansısa qüvvələr əhalini virusla bağlı başqa yönə istiqamətləndirmək, bu xəstəliyə inanmamalarını istəyir. Koronavirus həqiqətən var, çox əziyyət verən xəstəlikdi və insanı hərtərəfli sıxır. Xəstəliyə qalib gəlmək üçün ilk növbədə iradə lazımdı. Gərək deyilənlərə əməl edəsən ki, istədiyinə nail olasan. Yox, qulaqardına vursalar, nəticəsi pis ola bilər. Nə qədər həkimlərə kömək etsək, xəstəliyə qalib gəlmək mümkün olacaq. Arzu edirəm ki, daha heç kim bu xəstəliyə tutulmasın. Həmişə sərbəst millət olmuşuq, təmiz havada olmağı xoşlamışıq. Amma xəstəxanada bir otağa sıxılırsan. Əlbəttə, çox çətindi. Hamı özünü və uşaqlarını qorusun, tələblərə əməl etsin”.
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR